Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6669

Digər sorğular

Öz biznesini qurmuş qadınlarla iş sahələrində görüş keçirilib

16:16  |    07 Mart 2019  |   E-mail  |  Çapa göndər


Sahil Babayev: Keçən il özünüməşğulluq proqramına 1300-dən çox qadın cəlb olunub, cari ildə bu göstərici daha da artacaq

Qaziler.az bildirir ki, özünüməşğulluq proqramı çərçivəsində uğurlu şəkildə öz biznesini qurmuş bir neçə qadınla – Solmaz Şirəliyeva, Arzu Çapkın və Məlahət Əliyeva ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə nazirlik adından onları təbrik edib, xoş arzularını çatdırıb. Xanımlara gül və hədiyyələr təqdim edilib.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının iştirakçılarının mühüm bir hissəsinin qadınlar olduğunu deyib. O bildirib ki, 2018-ci ildə 7267 nəfər proqram iştirakçısından 1309 nəfərini qadınlar təşkil edib. Cari ildə bu göstərici daha da artacaq. Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradıb.

S.Babayev diqqətə çatdırıb ki, proqram iştirakçılarının verilmiş aktivlər hesabına uğurlu şəkildə öz kiçik biznes sahələrini yaratmaları, gəlirlərini artırmaq imkanlarına yiyələnmələri bu proqrama müraciətlərin, o cümlədən qadınlar tərəfindən marağın dəfələrlə artmasına səbəb olub. Təbii ki, buna uyğun olaraq özünüməşğulluq proqramı iştirakçılarının, həmçinin proqrama cəlb olunan qadınların sayı da getdikcə artacaq.

S.Şirəliyeva, A.Çapkın və M.Əliyeva öz biznes sahələrini yaratmaq, işsizlikdən sahibkarlığa keçid imkanı qazanmaq üçün onlara göstərilən böyük dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir çərçivəsində xanımlara məxsus istehsal və xidmət sahələrinə baxış da olub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.01.2020
Ucarın kəndində qaz təminatında fasilə yaranıb
27.01.2020
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədli maarifləndirici təlimlərə başlanıb
25.01.2020
Nazirlik: 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi