Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6559

Digər sorğular

Paşinyanın səfəri Güney Azərbaycanda milli hərəkatı oyadıb

12:27  |    06 Mart 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan telekanalları niyə güneyli soydaşlarımızın dəstəyini görməməzlikdən gəlir?

Ötən həftə İrana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı “Qarabağ Ermənistanındır” şüarının qaldırılması İranda yaşayan azərbaycanlıların narazılığına səbəb olub.

Təbriz sakinləri “Ararat” klubunun ofisinin divarlarına “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazıblar. Bunun ardınca Təbrizin “Traktorsazi” futbol komandasının “Sepahan” komandası ilə oyunu zamanı azərbaycanlı azarkeşlər milli birlik sərgiləyiblər. Təbriz stadionunda 100 min nəfər “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirməyə başlayıb. Daha sonra Təbriz ziyalıları isə İran xarici işlər nazirinə etiraz məktubu yazıblar.

Bir sıra siyasi analitiklər hesab edir ki, Nikol Paşinyanın ötən həftə İrana səfəri Güney Azərbaycandakı soydaşlarımızın hərəkətlənməsi, “Azərbaycan-Qarabağ” şüarlarının İranı bürüməsinə səbəb oldu. Bu baxımdan erməni baş nazirin səfərini dolayısı ilə bizim xeyrimizə işləyən səfər də adlandırmaq olarmı?

Siyasi ekspert Əli Orucov bildirdi ki, erməni baş naziri Nikol Paşinyanın İrana səfəri və onun təxribat xarakterli addımlarından sonra Güneydə gedən prosesləri rəsmi Tehran da heç gözləmirdi: “Yüksək rütbəli erməni rəsmilərinin İrana bundan əvvəl də işgüzar səfərləri olub. Lakin indiyədək Paşinyan kimi açıq-aşkar həyasızlıq edilməyib. Onun İrandan meydan oxuması güneyli soydaşlarımızın sərt təpkisini çəkməliydi və cəkdi də. 2006-cı ildən Güney Azərbaycan Milli Oyanış Hərəkatının növbəti dalğası başlayıb. Paşinyanın məlum səfərindən sonra bu dalğa yeni təkan götürüb. Bir qığılcım, bir bəhanə lazım idi ki, proses bütün Güney Azərbaycanı bürüsün. Paşinyanın da səfəri bu fürsəti verdi. Gördüyünüz kimi, Paşinyana deyil, etirazlar İran hakimiyyətinə yönəldi. Gedişat da onu göstərir ki, ”Qarabağ Azərbaycanındır" şüarları yaxın zamanlarda istiqlal və azadlıq şüarları ilə əvəzlənə bilər. Güneydə milli oyanışın qarşısnı almaq artıq İran rejimi üçün də çətinləşməkdədir.

On illərlə aparılan diskriminasiya və assimliyasiya siyasəti, repressiyalar və təzyiqlər soydaşlarımızın milli ruhunu və əzmini öldürə, mübarizədən çəkindirə bilməyib. Bu gün Abbas Lisani kimi milli ictimai-siyasi fəallar həbsxanalarda çürüdülür, minlərlə soydaşımıza mənəvi-fiziki işgəncələr verilir. “Traxtursazi” futbol komandası güneyli soydaşlarımızın azadlıq və ilham simgəsinə çevrilib. Bu komandanın hər qarşılaşması bir aksiya, bir göstəridir. Paşinyan bilsəydi ki, onun təxribatları Güneydə böyük rezonans verəcək, belə etməzdi. Çünki Güneydə oyanış Ermənistanın məhvi deməkdir. Təəssüflər olsun ki, Azərbaycan telekanalları güneyli soydaşlarımızın son günlər nümayiş etdirdiyi qəhrəmanlığı görməməzlikdən gəlir. Bu da hakimiyyətin heç vaxt Güneyə bu və ya digər şəkildə dəstəyini ifadə etməməsindən irəli gəlir".

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, İranın işğalçı Ermənistana dəstəyi Güney azərbaycanlıları narahat edir. Bu narahatlıq Qarabağ məsələsində şimallı-cənublu Azərbaycanın bir olmasını, azərbaycanlıların Təbrizdə böyük kütləvi etirazlarını ortaya çıxardı. Artıq Tehranda ciddi təşviş yaranıb. Rəsmi Tehran XİN səviyyəsində açıqlama verməyə məcbur oldu: ““Traxtursazi” klubunun azarkeşlərinin mövqeyi, bunun İran azərbaycanlıları səviyyəsinə qalxması artıq Tehranın Ermənistanla əlaqələrində bundan sonra Azərbaycanla bağlı siyasətində ehtiyatlı davranmasına gətirəcək. Tehran rejimi gördü ki, Azərbaycan əleyhinə hər hansı bir demarş Cənubi Azərbaycanı ayağa qaldıra bilər. Artıq biz gördük ki, Təbriz də Qarabağ həsrətindədir. Cənubi Azərbaycanlılar ümummilli məsələdə bizimlə həmrəy oldular. Bu artıq milli oyanışdır və düşmənlərimizə xəbərdarlıqdır. İran hakimiyyəti Azərbaycanla siyasətində diqqətli olmalı, işğalçı Ermənistanla əlaqələrinə yenidən baxmalıdır. Hesab edirəm ki, xarici işlər naziri Elmar Məmmədyarov Təbrizdə yerləşən konsulluğumuza gedib, orada azərbaycanlılarla görüş keçirsə yaxşı olar.

Təbrizdə və digər şəhərlərdə, xüsusilə “Traxtursazi” azarkeşlərinin Qarabağ şüarlarının, etirazlarının ölkəmizdə televiziyalarda verilməməsi isə Bakının Tehranla münasibətlərinə görədir: “Əgər İran rəsmi səviyyədə ölkəmizə qarşı təxribatçılara imkan tanıyırsa, özəl televiziyalar niyə ”Traxtursazi" azarkeşlərinin Qarabağ şüarını vermir?! Televiziyaların bu siyasəti kökündən yanlışdır. Müxtəlif səviyyələrdə sosial şəbəkə, internet saytları və çap mətbuatı ilə “Traxtursazi” azarkeşlərini dəstəklədik, həmrəyliyimizi qeyd etdik. Amma xalqın güzgüsü olan tv-lər bundan çəkindi. Televiziyalar ümummilli məsələlərdə mövqe ortaya qoymalıdır. Təəssüf ki, bayağı bir hala gələn televiziyalarımız məhz buna görə Azərbaycan tamaşaçısının marağında deyil. Nəzərə almaq lazımdır ki, Cənubi Azərbaycanda soydaşlarımız bizim yerli kanalları izləmək imkanına malikdir və izləyirlər. Ona görə də tv-lər diqqətli olmalıdır".

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirini qəbul edib
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib