Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

18:37  |    05 Mart 2019  |   E-mail  |  Çapa göndər


Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu olub.

Qaziler.az-ın məlumatına görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyiblər.

Qəbula gəlmiş məcburi köçkünlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi ilə əlaqədar müraciət ediblər.

Onlara bir daha bildirilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür. Bir neçə gün əvvəl vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması ilə bağlı verilən Sərəncam bunun bariz nümunəsidir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva qəzalı və yararsız binalarda ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi üç rayonun sakinləri ilə görüşüb
24.01.2020
“Azəriqaz”ın rəhbərliyi üç rayonda qəbul keçirdi
23.01.2020
Bakıdakı 2 yaşayış massivinə təbii qaz verilib
23.01.2020
Bu ərazidə qaz olmayacaq
22.01.2020
“Məşğulluq” altsistemində 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib