Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Tələbələr üçün “ADA-dan biznesə” adlı start-up müsabiqəsi keçirilir

20:18  |    01 Mart 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ADA Universitetində “Karyera həftəsi” çərçivəsində keçirilən “Karyera sərgisi”ndə iştirak edib.

Qaziler.az bildirir ki, dövlət və özəl sektora aid 118 müəssisənin qoşulduğu sərgidə Dövlət Məşğulluq Xidməti tərəfindən “ADA-dan biznesə” adlı start-up müsabiqəsi elan olunub.

Müsabiqədə ADA Universitetinin IV kurs və magistr tələbələri iştirak edə bilərlər. Layihənin şərtlərinə əsasən irəli sürülən ideyanın innovativ olması əsasdır. Müraciətlər komanda şəklində təqdim edilməli və təlimlərə qoşulan qrupların hər birinin öz biznes planlarına uyğun olaraq logolar yaradılmalıdır.

Seçimlər 2 mərhələdən ibarət olacaq. İştirak haqqı qazanan komanda üzvləri 3 dəqiqə vaxt ərzində öz ideyalarını təqdim etməli və ideyaların qiymətləndirilməsi aparılmalıdır. Bu mərhələdən sonra qalib komandanın müəyyənləşməsi nəzərdə tutulur.

İştirakçıların qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, ADA Universitetindən və digər dövlət idarələrindən dəvət olunmuş ekspertlər həyata keçirəcək. Qiymətləndirmənin sonunda isə qalib namizədlərə biznes ideyalarını reallaşdırmaq üçün avadanlıqlar veriləcək.

Müraciətlərin qəbulu cari ilin 4 mart tarixindən başlayacaq və ayın sonunadək davam edəcək.

Layihənin məqsədi gənclər arasında məşğulluq səviyyəsini artırmaq, universiteti bitirən gənclərin dövlət dəstəyi ilə əmək bazarına inteqrasiyasını, məşğulluğunu təmin etmək, gənclərin biznes ideyalarının reallaşmasına dəstək olmaqdır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq