Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Müddətsiz əmək müqaviləsi birtərəfli qaydada müddətli müqavilə ilə əvəzlənə bilməz - NAZİRLİK

12:23  |    01 Mart 2019  |   E-mail  |  Çapa göndər


Əgər işçi ilə bağlanmış əmək müqaviləsində bu müqavilənin hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsizdir.

Müddətsiz əmək müqaviləsi isə hər iki tərəfin (işəgötürənin və işçinin) razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəzlənə bilməz.

Qaziler.az bildirir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı Bakının Suraxanı rayonunda təşkil etdiyi maarifləndirmə tədbirində vurğulanıb. “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda keçirilən tədbirdə Xətai və Suraxanı rayonlarından işəgötürənlər, Vergilər Nazirliyinin, həmkarlar təşkilatlarının nümayəndələri də iştirak edib.

Tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və bu müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı vurğulanıb.

“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub. İşçilərlə əmək müqaviləsi olmadan həyata keçirilən əmək münasibətlərinin işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu, belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurduğu bildirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq