Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6390

Digər sorğular

"Diriliş Ertuğrul"da Əhməd Cavadın adının yazılmasını xahiş etdim - Şəmistan Əlizamanlı

22:08  |    27 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Şəmistan Əlizamanlı "Diriliş Ertuğrul" filmində ifa etdiyi mahnılardan danışıb

Qaziler.az bildirir ki, Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin ən çox izlənən “Diriliş Ərtoğrul” çoxseriyalı filmində ifa etdiyi mahnılardan danışıb. Ş. Əlizamanlı deyib: "“Diriliş Ərtoğrul” filmi ilə bağlı mənə müraciət edib bildirdilər ki, sizin “Turan ellər” mahnısından istifadə etmək istəyirik. Söhbət əsnasında mənim aktyorluq fakultəsini bitirdiyimi öyrəndilər və yeni ssenarinin yazılması, yeni bölümlərdə, yəni “Kayı” boyunda mənim də orada çəkilməyim haqda razılıq əldə etdik. “Tanrı türkə yar olsun, Turan ellər var olsun” mahnısı müəyyən dəyişikliklərlə film üçün hazırlandı. Orada xahiş etdilər ki, biz "tanrı” sözünü "Allah” sözü ilə əvəz edək. Çünki serial XIII əsrdə baş verən hadisələrdən bəhs edir, o zaman artıq islam dini qəbul edilmişdi. Bu bölüm böyük ajiotaj yaratdı. Hətta yazmışdılar ki, bölüm bu mahnıya görə reytinqləri qırdı. Sonra qərara aldılar ki, "Bismillah” mahnısını da səsləndirsinlər”.

Qeyd edək ki, "Bismillah” şeirinin müəllifi Əhməd Cavaddır. Şeir 1918-ci ildə Qafqaz-İslam ordusunun şərəfinə yazılıb. Mahnının bəstəsi isə Şəmistan Əlizamanlıya aiddir.

"Məsələn: "Atıldı dağlardan zəfər topları, yürüyün irəli, əsgər, bismillah”. XIII əsrdə əsgər və top anlayışı olmadığına görə, biz onu: "Atıldı dağlardan zafer okları, yürüdü ireli alplar, bismillah” ilə əvəz etdik. Filmin baş rol ifaçısı ilə söhbətimdə Əhməd Cavadın kim olduğunu anlatdım. Bildirdim ki, "Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına" şeirinin müəllifi də Əhməd Cavaddır. Onlar mənə təəccüb və heyranlıqla qulaq asdılar. Çəkilişdən sonra Azərbaycana qayıtdım. Ertəsi gün fulmin prodüserinə zəng edib xahiş etdim ki, Əhməd Cavadın adı titrlərdə mütləq yazılsın” - deyə Ş.Əlizamanlı bildirib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2019
Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərarını verib
08.07.2019
Prezident daha bir Xalq artistinə ev verdi
05.07.2019
Prezident Xalq artistinə mənzil hədiyyə edib
03.07.2019
3 nömrəli Uşaq İncəsənət Məktəbinə Gülarə Əliyevanın adı verilib
03.07.2019
Əməkdar artist ürəyindən əməliyyat olunub