Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

Müdafiə Nazirliyi: David Tonayan müdafiə və hücumun nədən ibarət olduğunu bilmir

20:42  |    26 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Ermənistanın müdafiə naziri David Tonayan ictimai televiziya vasitəsilə çıxış edərək ölkəsinin öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.

Müdafiə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək, müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur.

"2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan Ordusunu nəinki ötüb-keçmək, hətta Silahlı Qüvvələrimizlə heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur", - deyə Nazirlikdən qeyd edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"
20.11.2019
QDİƏT-in iclasında erməni təxribatının qarşısı alınıb
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?