Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

“Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub

22:48  |    25 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Bərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub.

Qaziler.az bildirir ki, Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” layihəsi çərçivəsində nəşr edilən kitabda qədim oğuz-türk yurdu olan və bu gün Ermənistan adlandırılan ərazidə zaman-zaman dəyişdirilmiş toponimlər haqqında məlumatlər əks olunub.

İctimaiyyət nümayəndələrinin, ziyalılarıın, kollecin müəllim və tələbələrinin iştirak etdiyi mərasimdə layihənin rəhbəri Zibeydə Eyvazova çıxış edərək, layihə və kitab haqqında geniş məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi qədim oğuz-türk yurdu olan və bu gün Ermənistan adlandırılan ərazidə zaman-zaman dəyişdirilmiş toponimlər haqqında məlumat toplamaq və bu bilkləri ictimaiyyətə, xüsusi ilə gənc nəslə çatdırmadır. İndiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşadığı ölkə olub. Buna görə də 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqlərinin hamısının adı türk mənşəlidir. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb. Yalnız bundan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub. Ermənilərin növbəti addımı türk mənşəli toponimləri dəyişdirmək olub. Bəzi adları tərcümə ediblər, bəzilərinə yeni erməni adları qoyublar.

Kitabın tərtibçisi AMEA-nın Fəlsəfə İnstitunun dissertantı, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov çıxışında diqqətə çatdırıb ki, toponimlərin adların dəyişdirilmsi ilə bağlı müəyyən təqdqiqatlar olsa da, azlıq təşkil edir. Odur ki, bu sahədə tədqiqatın davam etdirilmsi və gənclərə çatdırılmısı həm tariximizin öyrənilməsi, həm də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası baxımından əhjəmiyyətlidir. Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əsassız iddialarına tutarlı cavab vermək üçün müdafiə edilmək yox, əks-hücuma keçmək lazımdır. Belə ki, işğalçı Ermənistanın Yuxarı Qarabağa iddialarının əsassız olduğunu göstərməyin təsirli yollarından biri ermənilərin bu bölgəyə köçürüldüklərini və burda olan toponimləri sonradan dəyişdirmələri sübut etməkdir. Bu günkü Ermənistan ərazisində olan toponimlərin adların azərbaycanca olan formalarının göstərilməsi yaxın tariximizin unutdurulmaması baxımından da vacibdir.
Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Xosrov Musayev, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov və başqaları tədbirdə çıxış edərək, kitabının əhəməiyyətindən söz açıb, gənclərimizin tariximizin öyrənilməsində, vətənpərvərlik ruhunda böyüməsində kitabın qiymətli mənbə olduğunu bildiriblər.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, ermənilər tərəfindən dəyişdirilən toponimlərimizlə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılara “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabı təqdim edilib.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.08.2019
Aqil Abbas: “Bu AYB-nin xalqa, dövlətə axı nə ziyanı var?”
18.08.2019
Əkrəm Əylisli müsahibə zamanı ağladı - VİDEO
06.07.2019
İkinci Mahmudun dəfn olunacağı yer müəyyənləşib
30.05.2019
Xalq yazıçısı Afaq Məsuddan Vladimir Poznerə açıq məktub
25.05.2019
Musa Yaqubun oğlu: “Sərəncamı oxuyub çox sevindik”