Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Ermənilərin başına 100 min qoyduğu qəhrəmanımız - Foto

19:32  |    25 Fevral 2019  |   E-mail  |  Çapa göndər


1992-ci ilin 26 fevralı... gecə saat 2-3 radələri. Ağdama 17 və 59 şifrə ilə Xocalıdan imdad və kömək xəbəri gəlir.

Canpolad Bakıya xəbər verir, lakin onun yerində qalması əmri verilir. Ancaq o, dərhal ətrafında olan kiçik dəstə ilə Xocalıya gedir. Qaraqaya deyilən ərazidə ermənilərin üzərinə hücuma keçir.

Döyüş zamanı Canpolad polis postunu atəşə tutur. Bu zaman xəbər gəlir ki, əsirləri Naxçıvanikdəki fermaya doldurublar və qapını da bağlayaraq od vurmaq istəyirlər. Canpolad dərhal ora gedir və məhz onun sayəsində onlarla xocalı sakini fermada diri-diri yandırılmaqdan xilas olur.

Soyuq qış gününün şaxtalı gecəsində müdafiə olunmaq üçün köməksiz əhali dağlara, dərələrə səpələnmişdi. Bir tərəfdən düşmən hücum edirdi, o biri tərəfdən də soyuqdan, sazaqdan donmaq təhlükəsi yaranmışdı. Onda adamların köməyə ehtiyacı vardı. O dəhşətli gecədə Canpolad yüzlərlə adama həyan oldu. İtkilərlə heç cür barışa bilmirdi. Böyük bir mahalın köməksiz, arxasız qalmasına görə çoxlarını qınayırdı. Dəfələrlə Bakıdan - paytaxtdan kömək istəsələr də, fəryadlarına çatan olmadı.

Xocalıdan çıxan 72 uşaq və qadını Canpolad xilas etmişdi. O, tankı ilə Əsgərana girərək, onları oradan götürmüşdü.

Həmin vaxt əsir götürülən Xocalı camaatının yanına BRDM və BTR gəlir. Ermənilər gənc oğlan və qızları BRDM-ə yığmağa başlayırlar. Canpolad tankla erməniləri atəşə tutur. 100-ə yaxın insanı xilas edən Canpolad görür ki, ermənilər qaçmağa başlayır. O, əsirlərin olduğu erməni BTR-nin ardınca sürür. İstəyir ki, erməni zirehli texnikasının qarşısını kəssin, əsirləri xilas etsin. Çünki atəş açsa, əsirləri də məhv edəcəkdi. Erməni BTR-i aradan çıxa bilməyəcəyini görüb Naxçıvanik tərəfə qayıdır. Canpolad yenə də ondan əl çəkmir. Ancaq qəfildən erməni texnikası atəş açır və Canpoladın BTR-i vurulur. Canpolad elə oradaca şəhid olur.

Xocalı sakinlərinin xilaskarı Ağdamda “Ala Yaqub” və “Qatır Məmməd” kimi tanınan komandir Yaqub Rzayevin övladı Canbulaq Rzayevdir. Ona Canpolad deyirdilər...

O Canpolad ki, Albert Aqarunov kimi canını Vətən uğrunda verib.

Ermənilər onun ölü ələ keçirilməsi üçün 50 min, sağ tutulması üçün isə 100 min dollar pul ayırmışdılar. Canpolad bütün bunlardan xəbərdar idi. Elə ona görə də bir qayda olaraq döyüşə yollananda sonuncu gülləni özünə saxlayırdı. Heyf bu cür oğuldan. Haqqında nə veriliş hazırlanır, nə də yada salınır...

Ruhun şad olsun, qardaş!
axar.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
16.09.2019
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO