Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6942

Digər sorğular

“Srebrenitsa anaları” bütün dünyaya “Xocalı soyqırımını tanımadığınıza görə utanın!” deyəcəklər

14:41  |    25 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Azərbaycanda səfərdə olan "Srebrenitsa anaları" Hərəkatının üzvləri bu gün Bakıdan vətənlərinə yola düşüblər.

Modern.az xəbər verir ki, “Srebrenitsa anaları” Hərəkatının üzvləri çox vacib işlərin olması səbəbindən geri dönməyə məcbur olublar. Bosniyalı analar ölkələrinə geri dönərkən vurğulayıblar ki, soyqırımları və insan haqları ilə bağlı dünyanın hansı ölkəsində keçirilməsindən asılı olmayaraq, bütün toplantılarda Xocalı məsələsini də qabardacaqlar.

Analar “Dünya Xocalı soyqrımını tanımalıdır!” şüarı ilə bu işi davam etdirəcəklər.

“Srebrenitsa anaları” Xocalı qətliamını öz soyqırımları kimi qəbul etdiklərini də dilə gətiriblər. Onlar bildiriblər ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına dəstək verəcəklər.

Eyni zamanda, boşnak analar erməni vandalizmindən əziyyət çəkən insanlarla görüşlərində də qeyd ediblər ki, fəal olmalı, ciddi işlər həyata keçirilməlidir.

"Srebrenitsa anaları" dünyada Xocalı faciəsi ilə bağlı məlumatlarda natamamlığın olmağından da söz açıblar. Bu günə kimi soyqrımı ilə bağlı ətraflı məlumat əldə də bilmədiklərinə görə təəssüf hissi keçirdiklərini vurğulayıblar.

"Srebrenitsa Anaları" Hərəkatının rəhbəri Munira Subaşiç bildirib ki, martın 8-9 tarixlərində Nyu-York şəhərində olacaqlar. Orada insan haqları ilə bağlı baş tutacaq tədbirə dünyanın bir çox ölkələrindən dövlət adamları qatılacaq. Analar həmin toplantıda Xocalı məsələsini də mütləq qaldıracaqlar

Xatırladaq ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəlmişdilər.

Qeyd edək ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının Bosniyaya səfəri zamanı onun Xocalı soyqırımından bəhs edən “Böyüməyən uşaqlar” kitabı ilə maraqlanaraq, faciənin detalları ilə daha da yaxından tanış olublar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
BMT-dən qaçqın statusu ilə bağlı açıqlama
30.06.2020
Prezidentin köməkçisi Dağıstanda saxlanılan vətəndaşlardan danışıb
29.06.2020
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib
27.06.2020
Putinin mesajı: "Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..."