Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirildi - VİDEO

21:58  |    23 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Belçikanın paytaxtı Brüsseldə ümumavropa Qarabağ mitinqi keçirilib.

Aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və digər avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər. Aksiyada "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "İşğalı dayandır!" və s. Şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırışlar olub. Aksiyanın sonunda qətnamə qəbul olunub, Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.

Avropada ''Xocalıya Ədalət'' çağırışları edilir.

Görüntülər Belçika krallığının paytatxı Brüssel şəhərində ''Lüksemburq meydanında keçirilən ümumavropa Qarabağ mitinqindəndir.Aksiya dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilib.

Aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar "Qarabağa qayıtmaq istəyirik!", "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandır!" və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

Çıxışlar həm azərbaycan, həm də digər əcnəbi dillərdə edilib.

Aksiya iştirakçıları 27 il əvvəl törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb ediblər.

Aksiyanın sonunda qətnamə qəbul olunaraq Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunub

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Türkiyədə 1 iyundan şəhərlərə giriş-çıxış qadağası ləğv olunur
28.05.2020
Latviya televiziyasında Respublika Günü haqqında reportaj yayımlanıb
28.05.2020
Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü - FOTO - VİDEO
28.05.2020
“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”
28.05.2020
Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO