Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6572

Digər sorğular

“Gürcüstan-Azərbaycan konflikti yaratmaq istəyirlər” - politoloq

16:20  |    23 Fevral 2019  |   E-mail  |  Çapa göndər


“Bu siyasətin arxasında erməni lobbisi və Moskvada bəzi qüvvələr dayanır, Türkiyə və Azərbaycan birgə hərəkət etməlidir...”

Son zamanlar Gürcüstan hakimiyyətinin Ermənistanın xeyrinə addımlar atmaqdadır. Baş verənlərə nəzər salanda və faktları arxa-arxaya düzəndə bu qənaətə gəlmək üçün əsaslar olduğu görünür.

Əvvəlcə dinc azərbaycanlılara qarşı qətliamlar həyata keçirmiş erməni terrorçuya abidə qoyulması, Ermənistana dəmiryolu xəttinin açılmasını nəzərdə tutan ilkin razılaşma, sonra “SOCAR-Georgia Gas” şirkətinin kommersiya istehlakçıları üçün qazın qiymətini martın 1-dən etibarən qaldıracağını elan etməsi, daha sonra Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliyanın Rusiyadan qaz alacaqlarına dair açıqlaması bunun üzdə görünən əlamətləridir.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Gürcüstanda post-Saakaşvili dövründən başlayaraq biz Bdizina İvanaşvilinin kölgəsi altında formalaşan gürcü hakimiyyətinin Azərbaycanla strateji tərəfdaşlığının ruhuna uyğun olmayan siyasətin şahidi oluruq: “İvanaşvili ilk vaxtlardan başlayaraq Azərbaycana qarşı qaz şantajına və xüsusi ilə Ermənistana qarşı blokadanın aradan qaldırılmasına cəhdlər edib. Təbii ki, burada İvanaşvilinin Kremlə bağlılığının təsiri var. Rusiyada müəyyən qüvvələr var ki, Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığa zərbə vurmağa çalışırlar. Baş verənlərin arxasında Rusiyadakı ermənipərəst dairələrin istəkləri dayanır. Qəsdən Azərbaycanı narazı salan addımlar atılır, gürcü-azərbaycanlı konfliktini yaratmaq istəyi açıq sezilməkdədir. Təəssüf ki, Gürcüstan hakimiyyəti həmin qüvvələrin bu planının icrasını tədricən həyata keçirməkdədir. Bu siyasət regionda ciddi dəyişikliklərə, xüsusilə bu ölkənin milli təhlükəsizliyinə mənfi təsir edəcək. Nəticədə Türkiyə və Azərbaycanla əlaqələrin zəifləməsinə gətirəcək. Rəsmi Tiflisin Rusiya və Ermənistanla tərəfdaşlığı inkişaf etdirməsi bu ölkə üçün heç də müsbət nə isə vəd etmir. Bu siyasət yalnız Ermənistan və Rusiyanın maraqlarına xidmət edir. Hətta Gürcüstan öz suverenliyinin əleyhinə olaraq, separatçı regionlardan Ermənistana quru və dəmir yolunun açılması planını icra etməyə hazırdır. İlk növbədə bu, özünə milli xəyanətdir. Qeyd edim ki, Fransa vətəndaşı olan prezident Salome Zurabişvili Fransadakı erməni lobbisi ilə sıx əməkdaşlıq edir. Hətta onların siyasi təsiri altındadır. Axalkalakidə erməni terrorçuya abidə ucaldılması, Azərbaycanın ədəbi mütəfəkkiri Nəriman Nərimanovun büstünü götürməsi ilk növbədə bu, gürcü hakimiyyətinin ölkəsində etnik qarşıdurmaya rəvac verməsi, ayrı-seçkiliyin bariz nümunəsidir. Ona görə də çox təhlükəli siyasət aparılır və bu siyasətin arxasında erməni lobbisi və Moskvada bəzi qüvvələr dayanır. Bunların planı Azərbaycanı regionda sıxışdırmaq və azərbayacnlı-gürcü konfliktini yaratmaqdır. Bu planı icra edən İvanaşvili birbaşa öz ölkəsinin də əleyhinə siyasət aparır. Nəticədə uduzan tərəf Gürcüstan olacaq. Ermənistan və Rusiyadan Gürcüstana yalnız problemlər qalacaq”.

Ekspertin fikrincə, “Qazprom”la apardıqları danışıqlar, Azərbaycan qazına alternativ cəlb etmək Gürcüstanın enerji şaxələndirməsi deyil, Azərbaycana qarşı məkrli plandır: “Hesab edirəm ki, ABŞ və Avropa rəsmi Tiflisin işğala stimul verməsi, Qərbin enerji layihələrinə qarşı Kremlin siyasətinin aləti olmasına təpki verəcək. Azərbaycan ilk növbədə ABŞ və Avropa ilə bu istiqamətdə danışıqlar aparmalıdır. Həmçinin Türkiyə də bu işə cəlb edilməlidir. Azərbaycan və Türkiyənin dəstəyi sayəsində iqtisadi inkişafa nail olan Gürcüstan regionun ümumi təhlükəsizliyini təhdid edən siyasət aparır. Kreml İvanaşvilinin əli Gürcüstanın NATO inteqrasiyasının qarşısını almaq istəyir. Regionda Gürcüstan iqtidarı, Ermənistan və Rusiya bir olub çox təhlükəli bir planı icra edirlər. Bu plan ABŞ-ın region siyasətinin qarşısının alınmasına Ermənistan Rusiya quru əlaqələrinin bərpasına xidmət etməklə, Azərbaycanın enerji siyasətinə təhdid yaradır. Tiflisin bu addımlarının qarşısını almaq üçün Türkiyə və Azərbaycan rəsmiləri birgə iş aparmalıdırlar.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"
20.11.2019
QDİƏT-in iclasında erməni təxribatının qarşısı alınıb
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?