Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6513

Digər sorğular

Xocalıda hər iki valideynini itirənlər “Srebrenitsa anaları” ilə görüşdü - "Qaçqınkom"da

15:58  |    23 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində "Srebrenitsa Anaları" İctimai Birliyinin rəhbəri və üzvləri ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə "Srebrenitsa anaları" ilə yanaşı, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocalı soyqırımında hər iki valideynini itirən "25-lər", ictimaiyyət nümayəndələri, jurnalistlər və digər qonaqlar iştirak edir.

Srebrenitsa anaları Xocalı soyqırımının tanıdılmasında xalqımıza dəstəyini ifadə ediblər və bu facinənin dünya miqyasında tanıdılması üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

"Ötən il Bosniyada təqdimatı keçirilən Xocalı soyqırımına həsr edilmiş "Böyüməyən uşaqlar" kitabı "Srebranitsa anaları"nın diqqətini çəkib".

Bunu Qaçqın və məcburi köçkünlərin işi üzrə dövlət komitəsində keçirilən "Srebranitsa anaları" ilə görüşdə fikirlərini səsləndirərkən, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı söyləyib.

O qeyd edib ki, müəllifi olduğu kitabla tanış olan "Srebrenitsa anaları" "böyüməyən uşaqlar"ın arxasınca Azərbaycana gəliblər: "Mən Xocalı soyqırımının tanıdılmasında Azərbaycan xalqına dəstək olduqları üçün minnatdarlığımı bildirirəm. Xüsusilə, təşəkkür edirəm ki, "Srebranitsa anaları"nın bir gecədə hər iki valideynini itirən "25-lər"lə görüşməsinə şərait yaratdınız. Analar ahıl yaşlarında yorulmadan Azərbaycana gəlib, bizə dəstək oldular. Əminəm, onların Xocalı soyqırımı ilə bağlı çıxışları soyqırımın dünyaya tanıdılmasına dəstək olacaq".

Qeyd edək ki, "Srebrenitsa anaları" Srebrenitsa qətliamını bütün dünyaya qəbul etdiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.10.2019
Rusiyalı deputat: "Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir"
14.10.2019
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
14.10.2019
Düşmən cəbhənin müxtəlif istiqamətlərindən atəşkəsi pozub
13.10.2019
Azərbaycan icması Zatulinlə əlaqədar Rusiya Dövlət Dumasının spikeri və XİN rəhbərinə müraciət edib
13.10.2019
Ermənistan atəşkəsi yenə pozub