Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Moskvada qalmaqal: Qarabağ xəritədə belə göstərildi - Foto

22:46  |    22 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Bu günlərdə Moskvada 30-dan çox ölkənin, o cümlədən Azərbaycan nümayəndələrinin iştirak etdiyi “Avrasiya gəncləri: Gələcəyi birlikdə quraq!” adlı beynəlxalq tələbə forumu keçirilir.

Axar.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti forumun elə ilk günündə siyasi həqiqətlərdən uzaq vəziyyətlə qarşılaşıb.

Məsələ burasındadır ki, forum tərəfdaşlarından birinin saytında dərc olunan tədbirin press-relizində tədbirdə iştirak edən ölkələrin qeyd olunduğu xəritə yerləşdirilib. Bu xəritədə Dağlıq Qarabağ Azərbaycandan ayrı şəkildə göstərilib.

Nümayəndə heyətimizin üzvləri məsələyə dərhal reaksiya göstərərək tədbir təşkilatçılarına öz etirazını bildirib.

Azərbaycan nümayəndə heyətinin müraciətindən sonra bannerlər dəyişdirilib.

Sözügedən forumun təşkilatçısı kimi Rusiyanın “Şimal-Cənub” Politoloji Mərkəzi çıxış edib.

Tədbirin təşkilatçısı Anjelika Trapeznikova saytımıza bildirib ki, hadisə tədbirin rəsmi tərəfdaşlarından birinin saytının redaktorunun diqqətsizliyinin nəticəsidir. O, baş verən hadisədən məyus olduğunu qeyd edib:

“Lakin məsuliyyətlə bəyan edirəm ki, nə təşkilatçılar, nə də tərəfdaşlarımız azərbaycanlıların hisslərinə zərər vurmaq niyyətində olub. Baş verənlərlə bağlı “təxribat” termini tamamilə qəbuledilməzdir. Bu anlaşılmazlığın bizim azərbaycanlı dostlarımızın Moskvada maksimum faydalı və məmnun vaxt keçirməsinə mane olmayacağına ümid edirəm. 20 fevralda açılan forum tamamilə müsbət hədəflərə hesablanıb: MDB-nin hər tərəfindən olan gənclərə sosial əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi üçün qarşılıqlı fəaliyyət imkanları və meydanlarının yaradılması. Biz siyasətdən kənarıq”.

Forum fevralın 23-nə qədər davam edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub
16.09.2019
Vətənsizliyin 26-cı sinfində oxuyanlar – Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO