Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6877

Digər sorğular

Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin elçisi ilə görüşdü -YENİLƏNİB

16:20  |    22 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq üçüncü dəfədir Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsində Baronessa Emma Nikolsonun töhfəsini qeyd edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Birinci vitse-prezident ölkəmizdə aparılan islahatlardan, Azərbaycanda ekologiyaya dair icra edilən dövlət proqramlarından danışıb, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Baronessa Emma Nikolson İraqda etnik azlıqların musiqilərinin notlara köçürülməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciətini diqqətə çatdırıb.

Fondun prezidenti Mehriban Əliyeva bu müraciəti məmnuniyyətlə həyata keçirməyə hazır olduqlarını vurğulayıb.

*** 12:35

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report"un xəbərinə görə, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.05.2020
Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib
24.05.2020
Azərbaycan Prezidenti İordaniya Kralını təbrik edib
24.05.2020
ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib
23.05.2020
“Azərbaycanın müharibə etmək, güc tətbiq etməkdən başqa yolu qalmayıb”
23.05.2020
Ermənilər İsrailin Azərbaycandakı səfirinə qarşı qarayaxma kampaniyasına başlayıblar - FOTO