Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

“Hökumət problemli kreditlərlə bağlı qərar verəcək” - Deputatdan xoş XƏBƏR

14:26  |    21 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə deyib

“Hesab edirəm ki, problemli kreditlərlə bağlı məsələlər ölkə başçısının diqqət mərkəzindədir. Bizim problemli kreditlərlə əlaqədar ölkə başçısına müraciətimiz də olmuşdu. Hökumət də bu məsələyə baxılması üçün Mərkəzi Banka, Maliyə Bazarlarına Nəzarət Palatasına və ayrı-ayrı qurumlara tapşırıqlar verib və baxırlar. Yəqin ki, hökumət bu məsələ ilə bağlı hər hansı bir qərar verəcək”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat problemli kreditlərlə bağlı məsələlərin həllini tapmasının tərəfdarı olduğunu bildirib:


“Çünki problemli kreditlərlə bağlı məhkəmələrdə xeyli işlər var. Bu problemin həlli Azərbaycanın maliyyə bazarına və bankların sağlamlaşdırılmasına müsbət təsir edər. Hesab edirəm ki, ölkə başçısının diqqət mərkəzində olan məsələ olduğu üçün bu məsələ yəqin ki, öz həllini tapacaq”.



Vahid Əhmədovun aldığı məlumata görə, hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 600 milyon manatdır:

“Əvvəl isə bu rəqəm 1 milyard 800 milyon manat idi. Deyirlər ki, guya 200 milyon manat azalıb. Amma burada əsas bizi narahat edən imkansızlıqdan krediti ödəməyən və aşağı təbəqənin insanlarıdır. Bu şəxslər barədə məlumat banklarda da var. Yəqin ki, problemli kreditlərlə bağlı məsələlər öz həllini tapacaq”.

Qeyd edək ki, deputat Vahid Əhmədov parlamentin əvvəlki iclaslarında ölkə prezidentinə problemli kreditlərin həllinə dəstək verməsi ilə bağlı müraciət etmişdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub
11.09.2019
Sumqayıt, Şamaxı və Ağstafada qaz təchizatı dayandırılacaq
10.09.2019
Bu gün Sabunçu və Şəmkirdə qazın verilişində qısamüddətli fasilələr olacaq