Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Sənədsiz mənzil qalmayacaq - TƏFƏRRÜAT - VİDEO

22:40  |    19 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Bu ilin sonunadək sənədsiz mənzil qalmayacaq.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb.

Bununla da çoxillik həllolunmaz probelmə son qoyulur.

Fərmana əsasən, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi qaydası sadələşdirilib. Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində bu cür binaların istismar təyinatının faktiki vəziyyəti ilə bağlı layihəsini Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də yerli icra hakimiyyəti orqanına təqdim edəcək. Bu qurumlar isə 7 gün müddətində müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının istismarına icazə verəcək. İstismara icazə verildiyi gündən 3 gün müddətində isə həmin icazənin və layihənin elektron surəti Əmlak Məsələləri Dövlət Komitəsinə göndəriləck. Komitəyə də həmin binaları dövlət qeydiyyatına salmaq barədə tapşırıq verilib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədovun sözlərinə görə, sənədləşdirmə işlərinin aparılması üçün bəzi hallarda torpağın təyinatı da dəyişdiriləcək.

Ekspertlər də bildirirlər ki, bu fərman bütün çoxmənzilli binaların sənədləşdirilməsini özündə əks etdirir. Çünki Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələri mənfi olduqda çatışmazlıqların aradan qaldırılması üçün yenidən vaxt verilir. Tikinti şirkətlərinin üz tutmalı olduqları digər qurumlar isə siyahıdan çıxarılıb.

Çatışmazlığı aradan qaldırmayan tikinti şirkətini isə cəza gözləyir. İstismarına icazə verildiyi gündən 1 ay müddətində isə binalar su, kanalizasiya sistemi, işıq və qazla təchiz ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”
16.06.2019
Sabahın hava PROQNOZU
16.06.2019
Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ
16.06.2019
Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır - Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?
16.06.2019
IX sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsi keçirilir