Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6441

Digər sorğular

Şəmistan Əlizamanlı - 60

16:30  |    19 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Müstəqil Azərbaycanın ilk hərbi diktoru

Tahir AYDINOĞLU |

Bugünlərdə ölkənin hərbi-vətənprvərlük yönümlü qurumları və mədəni ictimaiyyəti müstəqil Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının anadan olmasının 60 illiyini sayğı-sevgilərlə qeyd edir.

Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində keçirilən yubiley mərasimə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri, paytaxtdan gəlmiş tanınmış ziyalılar, rəsmi və vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri yubiliyarı səmimi alqışlamış, onun mənalı ömür yolunun Vətən sevgisi ilə zinətlənmiş ayrı-ayrı epizodlarına nəzər salmışlar.

Əvvəlcə ssenari müəllifləri İlham Tumas və Rey Kərimoğlunun, rejissor Nicat Cəlilin yubiliyarın sənət və cəbhə dostlarının, vətənpərvər ziyalıların iştirakı ilə ərsəyə gətirdikləri, Şəmistan Əlizamanlının 60 illiyinə həsr olunmuş “Dövrün səsi” sənədli filminin təqdimatı olmuşdur. Filmdə Azərbaycanın ilk hərbi diktorunun və yeni şəraitdə məfkurəvi və vətənpərvərlik mahnılarını populyarlaşdırmış istedadlı sənətkarın ömür yolundan, ifasının bənzərsizliyindən, yüksək amalından, növbəti arzu və istəklərindən bəhs olunur.

Mərasimdə millət vəkilləri, Qarabağ qaziləri, şəhid ailələri təmsilçiləri, generallar, zabitlər, şair və yazıçılar, Abşeron rayon ictimayiəti iştirak edib. Abşeron RİH başçısının müavini Fuad Cəbrayılov, millət vəkilləri Fazil Mustafa, Sona Əliyeva, zabitlər, Qarabağ qaziləri, KİV nümayəndələri və başqa çıxış edənlər də Şəmistan Əlizamanlının milyonlarla soydaşımızın qəlbində ali duyğular oyadan sənətindən, ictimai-məfkurəvi mübarizə yolundan söhbət açmış, ona yubiley təbriklərini çatdırmışlar. Bildirilmişdir ki, istedadlı incəsənət xadiminin ifası və şəxsiyyəti yüksək ideallar səviyyəsində qovuşaraq yeni nəsillər üçün gərəkli bir bir örnək yaradır.

Yubiliyara Abşeron rayonu rəhbərli və iştirakçı qurumlar adından təbriknamə, mükafat və hədiyyələr vtəqdim olunmuşdur.

Məclisin davamında Şəmistan Əlizamanlı təbriklərə və xoş sözlərə görə minnətdarlıq etmiş, sənəti ilə xalqımıza xidmət etməyi həyatının başlıca məramı saydığını söyləmişdir. Yubiliyar repertuarının ən yaxşı mahnılarını dostlarına və pərəstişkarlarına hədiyyə etmişdir.

Xatırladaq ki, Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.

Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını ("Əsgər marşı","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab Leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və s.) ifa edir.

Azərbaycan Milli Ordusunun hərbi hissələrində onun mahnıları səslənir. O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir.

Şəmistan Əlizamanlı kinematoqrafçıların çəkdikləri "Bəd xəbərlər gətirən qəribə adamlar", "Qudyalçay", "Koroğlu" və s. onlarla sənədli filmlərinin səsləndirilməsində, "Dahi sərkərdələr" (Böyük Britaniya) filminin dublyajında iştirak edibdir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Quliyev'in döyüş yolundan bəhs edən sənədli film (2011), "Qəhrəman kənd - Əlibəyli" (2013) adlı sənədli film onun iştirakı ilə ölkə ictimaiyyətinə təqdim edilibdir.

1998, 1999 və 2002-ci illərdə Almaniyada, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində, Rusiyanın bir çox vilayətlərində, Qazaxıstanda, Ukraynada, Türkmənistanda səfərlərdə olub və konsert proqramları ilə çıxış edib. İsveçrədə "Beynəlxalq Musiqi Festivalı"nda, müxtəlif ölkələrdə keçirilən Türk Xalqlarının Qurultaylarında iştirak edib. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin qurultayında konsert proqramı ilə çıxış edib.

1997-ci ildə şair-publisist Rəşid Faxralının müəllifi olduğu "Diqqət! Diqqət!.." adlı kitab nəşr olunub. Kitabda hərbi diktor Şəmistan Əlizamanlının səsinin fonunda müharibənin görünən və görünməyən məqamları öz əksini tapıb.

Azərbaycanın Məmməd Araz, Nizam Paşa Mutlutürk və digər tanınmış yazıçı və şairləri Şəmistan Əlizamanlıya şeir və məqalə həsr ediblər.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları