Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Nazir şəhid ailələri, qazilər və veteranlarla görüşdü - FOTOLAR - VİDEO

14:04  |    19 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.

Qaziler.az bildirir ki, S.Babayev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə imzalanan Fərman və
Sərəncamların da bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaratdığnı bildirib.



S.Babayev müharibə əlilləri və şəhid ailələrinin, müharibə veteranlarının dövlətimiz, xalqımız qarşısında böyük xidmətləri olduğunu, bu kateqoriyalardan olan vətəndaşlara cəmiyyətimizdə daim yüksək hörmət və ehtiram göstərildiyini, eyni zamanda onların dövlətin etibarlı sosial müdafiə sistemi ilə əhatə edildiklərini qeyd edib.



Nazir ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial
müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. O, sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi önəm verildiyini deyib. S.Babayev ötən ilin iyul ayında da müvafiq ictimai təşkilatlarla görüşün keçirildiyini və gələcəkdə də belə tədbirlərin davam edəcəyini deyib.



Görüşdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi
şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova, Azərbaycanın Milli
Qəhrəmanı Vahid Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai
Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) sədri Mehdi Mehdiyev, Qarabağ Qaziləri İB-nin İdarə Heyətinin üzvü Rey Kərimoğlu, Azərbaycan Vətən Müharibəsi Əlilləri İB-nin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, “Aprel şəhidi” Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Əlizadə və başqaları Prezident cənab İlham Əliyevin həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı Fərman və Sərəncamlardan məmnunluq ifadə ediblər. Onlar belə görüşlərin ənənəvi xarakter almasını müsbət dəyərləndiriblər.



Görüş sosial müdafiə sahəsində atılan addımlarla, aparılan islahatlarla bağlı
müzakirələrin aparılması, rəy və təkliflərin bildirilməsi ilə davam edib.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.06.2019
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib
13.06.2019
500 əlilə dayanıqlı biznesə yiyələnmək imkanı yaradılacaq
12.06.2019
“O söz Raqufun ürəyinə yaman dəymişdi...” – Şəhid xanımı ilə QIZ-QIZA
11.06.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 300 min manat ayrılıb- SƏRƏNCAM
11.06.2019
Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq