Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Müharibə veteranı çeçenlərlə azərbaycanlılar arasındakı insidentdən danışıb - VİDEO

23:34  |    18 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Çeçenistan parlamentinin deputatı, müharibə veteranı Salam Asuyev bu günlərdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentlə bağlı bəyanat yayıb.

"Report"un verdiyi xəbərə görə, bəyanatda S.Asuyev Azərbaycanda yaşayan Əfqanıstan və digər hərbi münaqişələrin veteranlarına, azərbaycanlılara müraciət edib: "Fevralın 15-də MDB dövlətləri tarixi bir hadisəni - sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illik yubileyini qeyd etdi. Bu bayram fonunda Moskvada azərbaycanlılar və çeçenlər arasında xoşagəlməz insident baş verdi. Əslində, buna bənzər hansısa bir hadisə əsrlər boyu xalqlarımız arasında mövcud olan qardaşlıq əlaqələrimizi poza bilməz. "Qarabağ müharibəsi əlilləri və veteranları" İctimai Birliyinin sədri Fuad Rzayevə münaqişənin yatırılmasında göstərdiyi səylərə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Bizim xalqlarımız gözə görünməyən möhkəm bağlarla bağlıdır və heç kim bu bağları qıra bilməz".

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan
18.06.2019
Mursini hökumət öldürüb – Müsəlman Qardaşları
17.06.2019
Salome Zurabişvili: “Gürcüstanda işsizlik çox yüksək səviyyədədir”
17.06.2019
Türkiyə-ABŞ ziddiyyəti burdan başlayır: S-400 bəhanədir
17.06.2019
ABŞ İranla müharibəni gözdən keçirir - Pompeodan şok açıqlama