Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

Müğənni Fədayə Laçının şikayəti əsasında məhkəmə başlayır

12:47  |    18 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Bu barədə "Report"a onun vəkili Nurəngiz Qarayeva bildirib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas fevralın 28-nə təyin edilib.

Apellyasiya şikayəti Elmar Rəhimovun icraatına verilib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşının cənazəsi Naxçıvandadır
14.06.2019
Seyid Camal Ramil Usubova təşəkkür etdi
14.06.2019
Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib
10.06.2019
SAMSUNDAN BAŞLANAN YOL
09.06.2019
İcra başçısının qardaşı xəstəxanada öldü