Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7216

Digər sorğular

Saakaşvili erməni olmadığını sübut etdi

09:15  |    18 Fevral 2019  |   E-mail  |  Çapa göndər


“Müasir tarixdə Gürcüstanda etnik azlıqların yaşadığı müxtəlif bölgələrin inkişafı və inteqrasiyası üçün mənim hökumətimdən çox iş görən olmayıb”.

Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

O, etnik azərbaycanlı və ermənilər arasında lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyasına dayanıqlı dəstəyin olmasını belə izah edib: “Ötən seçkilər sübut etdi ki, etnik azlıqlar bizi dəstəkləyir. Bu halda mənim genetik testimin əhəmiyyəti yoxdur. Mən bir neçə dəfə təkrar etmişəm ki, ermənilərə nifrət edənlər üçün erməni, azərbaycanlılara nifrət edənlər üçün isə azərbaycanlıyam. Yəhudilərə nifrət edənlərə qarşı yəhudi olacağam və eyni zamanda, hamıdan daha çox gürcü olmaqda davam edəcəyəm”.

M.Saakaşvili qeyd edib ki, hakimiyyətdə olduğu illərdə etnik azlıqlar üçün çox işlər görülüb: “Buna görə də qədir bilən xalq, böyük təzyiqə baxmayaraq, bizə səs verib”.

Sabiq dövlət başçısı həmçinin ABŞ-da genetik testdən keçdiyini də yazıb: “Test göstərdi ki, mən təxminən 99 faiz gürcü, 1 faiz isə yunanam. Məndə bir damcı olsun belə, qeyri-gürcü qanı yoxdur. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər”.

Qeyd edək ki, M.Saakaşvilinin Gürcüstanın prezidenti olduğu illərdə bəzi ictimaiyyət nümayəndələri və siyasətçilər onun erməni olması ilə bağlı iddialar səsləndiriblər. (Report)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.12.2020
Fəxrizadəni kim və niyə öldürdü? - Diqqətçəkən versiya
02.12.2020
Çində koronavirusla bağlı 117 səhifəlik gizli sənədlər üzə çıxdı
02.12.2020
Ermənistanda yanacağın qiyməti bahalaşıb
02.12.2020
Dünyada koronavirusa yoluxanların STATİSTİKASI
01.12.2020
İsveçrədə yaşayan azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu ünvanlayıblar