Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6350

Digər sorğular

Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: “Biz qardaşıq” - VİDEO

13:25  |    16 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Fevralın 14-də Moskvada azərbaycanlılarla çeçenlər arasında yaranmış insidentdən sonra hər iki tərəfin nümayəndələri toplaşıb.

BakuPost xəbər verir ki, onlar azərbaycanlılarla çeçenlər arasında heç bir problemin olmadığını bəyan ediblər.

Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb: "Moskvada minlərlə çeçen və azərbaycanlı yaşayır. Onların arasında güclü dostluq münasibətləti var. Biz birlikdə işləyir, birlikdə yaşayırıq. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, narahat olmasınlar. Ola bilər ki, aramızda hansısa problem olub. Həmin məsələni hansısa dələduz sosial şəbəkədə paylaşıb və məsələ şişirdilib. Bunu sadəcə təxribat adlandıra bilərik.

Çeçen və azərbaycanlılar qardaşdırlar. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz və buna haqları yoxdur.

Həmçinin həmin insidentdə iştirak edən azərbaycanlılara səslənirəm. Hansısa çeçeni videoya çəkib, yaymaq provakasiya yaratmaqdır. Biz bir yerdə çörək kəsirik. Buna hörmət etməliyik. Kimlərinsə şəxsi münasibətlərinə görə azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaratmaq olmaz. Bu məsələləri öz aralarında həll etməlidirlər.

"Biz çeçenlər azərbaycanlıları təhqir edən həmin şəxsi və həmin çeçenin videosunu yayan şəxsi də qınayırıq”, - deyə o, bildirib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.06.2019
Tankerlərə hücum SEPAH tərəfindən edilib – Britaniya XİN
15.06.2019
“Pəncə hərəkatı” - 51 terrorçu zərərsizləşdirilib
15.06.2019
Ruslarla qaraçılar arasında kütləvi dava: ölən və yaralananlar var - VİDEO
15.06.2019
Ərəb nazirdən PKK-ya dəstək: Tayfalarla görüş
14.06.2019
Ərdoğanla Davudoğlunun danışığı yayıldı: Ağır suçlamalar