Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Azərbaycan kiçik tonnajlı avtomobillər istehsal edəcək

18:36  |    09 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.

Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.

İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.

Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, ötən ilin aprel ayında Rusiyanın “QAZ Qrup” ASC və “Azərmaş” ASC arasında kiçik tonnajlı avtomobillərin Azərbaycanda yığılmasına dair uzunmüddətli əməkdaşlıq haqqında memorandum imzalanıb, noyabr ayında isə avtomobil zavoduna Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.

Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması sənaye və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2019
Dövriyyədə saxta 100 manatlıq var - Saxta pulları necə müəyyən etmək olar? - VİDEO
05.07.2019
Səddam Hüseynə ölüm hökmü oxuyan hakim öldü
01.07.2019
Qəzada ölən dünya çempionunun sevgilisi: "Bilsəydim, qoymazdım gedəsən" (VİDEO)
19.06.2019
Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib
12.06.2019
Qarabağ qazisi dəfn edildi - Ağstafada