Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

“Köçəryan 20 il azadlıqdan məhrum edilə bilər” – Hakimiyyət savaşı qızışır\Şərh

15:35  |    09 Fevral 2019  |   E-mail  |  Çapa göndər


“Ermənistanın yeni iqtidarının vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”na qarşı hücumlarda məqsədin nə olduğu bəllidir”.

Teleqraf.com-a açıqlamasında Real Partiyasının məclis başqanı Azər Qasımlı belə deyib.

Ermənistanda hakimiyyət tamamilə dəyişdiyinə diqqət çəkən partiya rəsmisi qeyd edib ki, İrəvan meriyası ilə yanaşı, parlament də yeni hakimiyyətin nəzarətindədir:

“Hökumət Baş nazir Nikol Paşinyan və onun komandasının üzvlərindən formalaşıb. Sadəcə olaraq, indiki hakimiyyətlə “Qarabağ klanı” arasındakı əsas problem budur ki, Dağlıq Qarabağdakı rejim birbaşa Rusiya ilə əlaqəlidir. Təsadüfi deyil ki, həmin rejimin başında duran Bako Saakyan bu yaxınlarda bir neçə dəfə Rusiyaya getdi.

“Qarabağ klanı”nın Ermənistanda hakimiyyətdən getməsindən sonra bu separatçı rejimlə Rusiya daha da yaxınlaşdı. Bu isə o deməkdir ki, Rusiya “Qarabağ klanı”nın Dağlıq Qarabağdakı qolu vasitəsilə Ermənistanın yeni hakimiyyətinə təsir edəcək. Dağlıq Qarabağ məsələsinin də həssas məsələ olduğunu nəzərə alsaq, Nikol Paşinyan bölgədəki formal rejimə təsir imkanlarını itirmək istəmir. Paşinyan iqtidarının “Qarabağ klanı”na təzyiqlərinin əsas mahiyyəti bundan ibarətdir”.

Azər Qasımlı keçmiş prezident Serj Sərkisyanın istintaqa ifadə verməsinə də münasibət bildirib:

“Təsadüfi deyil ki, Serj Sərkisyan 2008-ci il 1 mart hadisələrinə görə, istintaqa şahid qismində yox, hadisələrin bilavasitə iştirakçısı kimi çağırıldı. Amma Sərkisyan oradan şahid qismində çıxdı. Bu barədə Ermənistan mediası da ətraflı yazır. Böyük ehtimalla Serj Sərkisyan həbs olunmayacaq. Çünki bəlli oldu ki, o, şahid qismində istintaqa cəlb edilib.

Əsas hədəf olan şəxs keçmiş prezident Robert Köçəryandır. Böyük ehtimalla o, məhkəmədə mühakimə olunacaq. Nəticədə o, irəli sürülmüş ittihamlar əsasında 15-20 il azadlıqdan məhrum edilə bilər. Artıq demək olar ki, “Qarabağ klanı” Ermənistanda tamamilə uduzub. Onların yeganə ümidi Dağlıq Qarabağdakı rejimədir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20.07.2019
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20.07.2019
Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir
20.07.2019
Keşikçidağdakı “atışma”nı ermənilər planlayıb – Şok ssenari
19.07.2019
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib - YENİLƏNİB