Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Ölkəmizdə bərpa mərkəzləri şəbəkəsi genişlənəcək

16:29  |    08 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Bir sıra bərpa mərkəzləri isə əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf proqramına uyğun olaraq, ölkəmizdə əliliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanlarının artırılması tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək.

Bu tədbirlər çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində yeni reabilitasiya mərkəzlərinin yaradılması, bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri davam etdirilir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri davam edir. Cari ilin ilk yarımili ərzində Pansionatın istifadəyə verilməsi nəzərdə tutulur.

Bu il Sumqayıt, Yevlax və Naftalan şəhərlərindəki Əlillliyi olan şəxslərin Bərpa Mərkəzlərinin də əsaslı təmir və yenidənqurmadan sonra açılışı planlaşdırılır. Qeyd olunan müəssisələrdə əlilliyi olan şəxslər bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar.

Yeni müəssisələrin istifadəyə verilməsi əliliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi işlərini daha da gücləndirəcək.

Eyni zamanda, 2019-cu ildə Xidmətin Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında, Şəki, Lənkəran, Xaçmaz və Şirvan şəhərlərindəki Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.

Xatırladaq ki, ötən il Xidmətin bərpa müəssisələrində 11,9 min nəfərə reabilitasiya xidmətləri göstərilib. Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 9,3 min nəfər əlilliyi olan şəxs protez-ortopedik xidmətlərlə təmin edilib, onlara 35,3 min reabilitasiya vasitəsi verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.07.2019
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır
17.07.2019
Nazirliyin təltif edilmiş əməkdaşlarına medallar təqdim olunub
17.07.2019
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
16.07.2019
Qeyri-qanuni olaraq işdən azad edilən 77 işçi əvvəlki işinə bərpa olunub
16.07.2019
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü