Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6397

Digər sorğular

İlham Rəcəbov qanunlara meydan oxuyur - Əhməd Əhmədzadənin kürəkəni istədiyini edir...

22:45  |    07 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadənin küürəkəni,Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri İlham Rəcəbovun Bakıda aldığı yeni mağazanın yüzlərlə ailənin həyatı üçün yaratdığı təhlükə barədə xəbər vermişdik.

Bildirmişdik ki, polkovnik rütbəli İlham Rəcəbovun Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartal, ev 19, mən 30 ünvanında qızı Turan Rəcəbovanın adına aldığı obyekti genişləndirmək üçün qonşuluqdakı mənzili də alaraq binanın istinad divarını sökdürüb.



Sakinlərin müvafiq qurumlara etdiyi şikayətlər baxmayaraq, İlham Rəcəbov binanın istinad divarını bərpa etmək əvəzinə yeni obyektində təmir işləri aparmaqda davam edir.

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, İlham Rəcəbovun özbaşınalıq etməsinin əsas səbəbi qaynatası Əhməd Əhmədzadədir və ASC sədri kürəkəninin özbaşınalıqlarına qarşı müvafiq tədbirlərin görülməsinin qarşısını alır.

Sakinlərin şikayətini təqdim edirik:



Rəcəbova Turan İlham qızının adına olan hər iki obyektin sənədlərini təqdim edirik:









AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, İlham Rəcəbov təkcə Bakıda yüzlərlə bu tip obyekti və geniş biznes şəbəkəsinə sahibdir. Obyektlərinin hamısı qızları Səba və Turan Rəcəbovların adına rəsmiləşdirilib. İlham Rəcəbovun ölkə xaricində də böyük biznes qurduğu da yayılan məlumatlar sırasındadır. Polis polkovnikinin qaynı Cuma Əhmədzadənin vasitəsi ilə övladlarının adına Londonda da bahalı mülklər aldığı bildirilir. Növbəti yazılarımızda İlham Rəcəbovun Azərbaycandan xaricə çıxartdığı pulların həcmi ilə bağlı məlumat verməyə çalışacağıq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir
17.07.2019
Şamaxıda qədim məscid aşkar edildi
17.07.2019
Sabaha olan hava proqnozu açıqlanıb
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır