Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Məcburi köçkün ailələrinə yeni mənzillər verilir - FOTO

21:32  |    07 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə yeni ev və ya mənzillə təmin edilən məcburi köçkünlərin sayı artmaqdadır. Bakı və Sumqayıt şəhərlərində ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin problemlərinin həllinə isə xüsusi həssaslıq göstərilir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu barədə verdiyi tapşırığın icrası
davamlı xarakter daşıyır.

Fevralın 7-də Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün
ailələrin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış
kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.

Məcburi köçkün ailələri tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş mənzillərə
köçürülüb. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.

Dövlət vəsaiti hesabına inşa edilmiş kompleksdə yeni mənzilə köçürülən məcburi
köçkünlər onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci
vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür ediblər.

Xatırladaq ki, kompleksdəki 1000 mənzilin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı
üçotaqlı, 96-sı isə dördotaqlıdır.  Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri
görülüb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.07.2019
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır
17.07.2019
Nazirliyin təltif edilmiş əməkdaşlarına medallar təqdim olunub
17.07.2019
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son durumunu açıqlayıb
16.07.2019
Qeyri-qanuni olaraq işdən azad edilən 77 işçi əvvəlki işinə bərpa olunub
16.07.2019
Azərbaycanda ilk dəfə - “Onlayn könüllü