Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

“Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb

15:24  |    07 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Fevralın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən “Mübariz İbrahimov – vətənpərvərlik nümunəsi” mövzusunda yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun dəfn mərasimində çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Professor və müəllimlərin, tələbələrin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə ADU-nun rektoru, münsiflər heyətinin sədri, akademik Kamal Abdulla Milli Qəhrəman Mübariz İbrahimovun doğma Vətən, torpaq yolunda göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Vətənpərvərliyin təbliği istiqamətində keçirilmiş müsabiqənin əhəmiyyətini qeyd edən rektor Mübariz və onun kimi qəhrəmanların “Təki Vətən sağ olsun” deyərək düşmənin üzərinə yeridiklərini söyləyib. Vətən uğrunda canından keçən gənclərin qəhrəmanlıq dastanlarını xatırlatdığını deyən K.Abdulla şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu diqqətə çatdırıb.

Rektor qəsbkar ermənilər tərəfindən zəbt edilmiş torpaqlarımızın dövlətimizin başçısının Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliyini vurğulayıb.

Münsiflər heyətinin üzvü, jurnalist İlham Tumas, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi şərəfli döyüş yolundan bəhs edib, onun xatirəsinin daim əziz tutulacağını söyləyiblər.

Layihə rəhbəri, ADU-nun tələbəsi Şahin Sərdarlı Milli Qəhrəman Mübariz İbrahimovun gənclərə ən yaxşı nümunə olduğunu bildirib. O qeyd edib ki, şəhidlərin adlarını uca tutmaq hər kəsin borcudur.

Ş.Sərdarlı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə daim qayğı göstərdiklərini vurğulayıb.

Tədbirdə məlumat verilib ki, müxtəlif şəhər və rayonlardan 300-dək tələbə, şagird, müəllim və mütəxəssisin qatıldığı müsabiqənin nəticələrinə görə, 1 nəfər birinci yerə, 2 nəfər ikinci yerə, 3 nəfər üçüncü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Qaliblərə diplom və pul mükafatları təqdim edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir