Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Məcburi köçkünlər üçün səyyar oftalmoloji müayinə təşkil edilib

20:32  |    06 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən məcburi köçkünlərin sağlamlığının qorunması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.

Qaziler.az bildirir ki, Prezident İlham Əliyevin tapşırığı ilə hər il əhalinin pulsuz tibbi müayinədən keçirilməsi üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyeva müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən, müayinə və müalicə imkanları məhdud olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin sağlamlığının bərpasına daim diqqət və qayğı göstərir.

Ölkəmizdəki mərhəmət və humanizm ənənələrinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 6-da Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yeni yaşayış kompleksində məcburi köçkünlər üçün səyyar ödənişsiz oftalmoloji müayinə aksiyası keçirilib. Müayinə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası tərəfindən aparılıb, pasiyentlərə ixtisaslı yardım göstərilib.
Aksiya çərçivəsində 150-dən çox məcburi köçkün müayinədən keçib, onlara ilkin diaqnoz qoyulub, zəruri hallarda eynək təyin edilib.

Xatırladaq ki, Dövlət Komitəsinin təşəbbüsü ilə Türkiyənin məşhur “Dünyagöz” klinikasının Bakı filialının həkim briqadası ötən il “Qobu park” yaşayış kompleksində səyyar ödənişsiz oftalmoloji müayinə keçirib. Bundan başqa, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası da Dövlət Komitəsinin təşəbbüsünü dəstəkləyərək, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya təşkil edib.

Regionlarda da humanitar aksiyalar həyata keçirilib. Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə keçirilmiş sağlamlıq aksiyasında müxtəlif ixtisaslı 11 həkimdən ibarət briqada ümumilikdə 100-dən çox sakinə tibbi xidmət göstərib.

Məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də belə tibbi aksiyaların keçirilməsi nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
Hipertoniya haqqında yanlış bilinənlər
22.09.2019
Yaponiya həkimləri uzunömürlülüyün dəqiq əlamətini göstərdilər
08.09.2019
Yüksək təzyiqdən əziyyət çəkənlərin ƏN TƏHLÜKƏLİ SƏHVLƏRİ
07.09.2019
Köp deyib keçməyin! Ağır xəstəliklərin simptomu ola bilər
01.09.2019
Tez yuxuya getmək üçün bunları edin