Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Səfərbərlik Xidməti jurnalistləri mükafatlandırdı - FOTOLAR

19:44  |    05 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə və vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.

Qurumdan Qaziler.az-a verilən məlumata görə, tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor, Zaur Abdullayev açaraq Silahlı Qüvvələrin formalaşmasında ulu öndər Heydər Əliyev tərəfindən misilsiz işlər həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən islahatlar və dövlət qayğısı sayəsində bugün Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silah sursatla təmin olunur.

Z.Abdullayev Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirilən layihələrdə, təşkil olunan tədbirlərdə kütləvi informasiya vasitələrinin fəal iştirak etdiyini bildirib.

Münsiflər heyətinin sədri, polkovnik Niyaz Məmmədov müsabiqəyə 36 yazının daxil oduğunu diqqətə çatdırıb. Daha sonra qaliblərin adları açıqlanıb.

Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Firuzə Nadir (AzTV), 2-cü yerə Cavid Qədir, 3-cü yerə isə Nəzrin Rüstəmova (AzEdu.az) layiq görülüblər.

Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.

Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU