Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Deputatdan qəzetinin bağlanacağı xəbərinə reaksiya: “Bunu kim deyib ki?”

22:33  |    31 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Millət vəkili Aqil Abbas təsisçisi olduğu "Ədalət” və bir neçə digər qəzetin fəaliyyətini dayandıracağına dair yayılan xəbərlərə münasibət bildirib.

Deputat BakuPost-a açıqlamasında deyib ki, qəzetin bağlanmasından söhbət gedə bilməz: "Qəzetlərin bağlanacağını kim deyib ki? Müəyyən qəzetləri dövlət maliyyələşdirir. İndi də şərt qoyublar ki, tirajı artırın. Əvvəllər dövlət pul vermirdi, qəzetlər çıxmırdı?
"Ədalət” qəzeti yenə də çap olunacaq və KİV DF-nin şərtlərinə əməl olunacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib. Bundan sonra son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilər. Məhz bu tələblərə cavab verməsi real sayılmayan 20-ə qədər qəzetin bu gün elan edilən KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edəcəyi real sayılmır.

Həmin qəzetlərin aşağıdakılar olduğu bildirilir: "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.07.2019
Qazilikdən şəhidliyə gedən şanlı yol
16.07.2019
Bakı metrosunda siqaret çəkən şəxs müəyyən edilərək cərimələnib
10.07.2019
Ermənilər Luvr Muzeyində olan Azərbaycan xalçalarını mənimsəməyə cəhd göstərirlər
09.07.2019
Korlar ölkəsində Mahmud...
27.06.2019
Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq