Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6888

Digər sorğular

Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən bölmələrdə olub - FOTO - VİDEO

13:16  |    31 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olaraq şəxsi heyətlə görüşüb.

Bu barədə Qaziler.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığını, hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini izləyib.

Müdafiə naziri ön xətt bölmələrində xidmət edən şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərlə maraqlanıb və bu tədbirlərin daha da keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
Daşkəsənin bəzi kəndlərinə dolu düşüb - VİDEO
30.05.2020
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub - Ölənlər var
30.05.2020
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
30.05.2020
“Tarqovı”dakı görüntülərlə bağlı təşkilatçıya qarşı cinayət işi açıldı
30.05.2020
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib