Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6889

Digər sorğular

İTV-də inanılmaz: erməni-azərbaycanlı dostluğu - Video

16:58  |    23 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Ermənistan İctimai Televiziyası “Keçmişin dostluğu və bu günün düşmənçiliyi” başlıqlı reportaj təqdim edib.

Kult.az xəbər verir ki, reportajda ermənilərlə azərbaycanlılar arasında Qarabağ müharibəsindən əvvəlki əlaqələr və gələcəkdə bu dostluğun bərpasından bəhs olunub. Televiziya hazırladığı reportajda xüsusi olaraq Tavuş vilayətinin sərhədyanı Aygepar kəndinin sakinlərini danışdırıb. Reрortajda erməni kəndinin sakinləri sovet dövründə Azərbaycanın Əlibəyli kəndinin sakinləri ilə necə dostluq əlaqələri qurmalarından bəhs ediblər.

Reрortajda həmçinin iki xalq arasında münasibətlərin bərpasına nümunə kimi gürcülərlə osetiyalılar arasındakı əlaqə göstərilib. Jurnalist hazırladığı reportajında həmçinin Qarabağ konfliktini “ərazi konflikti” də adlandırıb.

Qeyd edək ki, erməni tərəfi indiyə qədər Qarabağ konfliktini etnik münaqişə kimi göstərməyə çalışır və bununla Azərbaycan ərazisində erməni ordusunun mövcudluğu məsələsini diqqətdən yayındırmağa çalışır.

Bundan öncə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdən sonra hər iki tərəf xalqlarını sülhə hazırlamaq barədə bəyanat yayıb.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
Etirazçılar Ağ Evin qapısında: Tramp orduya əmr verdi - FOTO
31.05.2020
Dünyada 5 mindən çox insan koronavirusdan ölüb - Sutkalıq STATİSTİKA
30.05.2020
Putin çətin durumda - Türk ordusu "vagnerləri" bu ölkədən qovdu
30.05.2020
Tramp baş qaldıran etirazlara görə şəhərə qoşun göndərməyə hazırlaşır
30.05.2020
Nikolun Əcəmoğluna uğursuz zəngi... - Darbinyan