Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7214

Digər sorğular

Zakir Həsənov Mühəndis və Kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub - VİDEO

20:23  |    22 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Yanvarın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni istifadəyə verilən hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə əsasən mühəndis-istehkam hərbi hissələrinin yerinə yetirdiyi vəzifələr, bu bölmələrin texniki baxımdan təkmilləşdirilməsi və döyüş potensialının artırılması üçün müasir texnikalar alınaraq qoşunların təminatına verilib. Hərbi əməliyyatların mühəndis təminatının yerinə yetirilməsi zamanı tətbiq olunan müxtəlif növ texnikanın saxlandığı park, şəxsi heyətin hazırlığı üçün nəzərdə tutulan taktiki sinif otaqları və digər inzibati tikililər müvafiq avadanlıqlar və əyani təbliğat vasitələri ilə tam təchiz edilib.

Sonra Müdafiə Nazirliyin rəhbərliyi Kimya Qoşunlarının üzərinə düşən tapşırıqların xüsusiyyətləri nəzərə alınmaqla yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana və xüsusi texnikanın saxlandığı parkla tanış olub. Qeyd olunub ki, yaradılan şərait şəxsi heyətin kimya təminatı tapşırıqlarını daha keyfiyyətlə yerinə yetirməsinə müsbət təsir göstərəcək.

General-polkovnik Z.Həsənov hər iki qoşunların komandanlığı qarşısında döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.12.2020
Ramiz Zeynalov vəzifədən azad olundu
02.12.2020
İcra nümayəndəsinin qohumu karantin qaydalarını pozdu
01.12.2020
Şəhid ailələrinə və qazilərə azad edilmiş yerlərdə torpaq verilsin - Zahid Oruc
01.12.2020
İŞİD İmamoğlunu öldürməklə təhdid etdi
01.12.2020
İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medallar - SİYAHI - FOTO