Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6399

Digər sorğular

Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb

16:03  |    21 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

“Report”un xəbərinə görə, yanvarın 20-də imzalanmış müraciətdə deyilir:

“Hörmətli cənab Prezident,

Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.

2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.

Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.07.2019
Küləkli hava şəraiti davam edəcək
19.07.2019
Sabahın HAVA PROQNOZU
19.07.2019
Xoşbəxtlik libası satan bədbəxt
17.07.2019
Baş Prokurorluq: Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır
17.07.2019
Şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilir