Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Şəhidlər xiyabanı ziyarətə hazırdır - VİDEO

23:41  |    19 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Şəhidlər xiyabanında 20 yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı hazırlıqlar başa çatıb.

Xiyabanda hər tərəf şəhidlərin ruhuna hörmət əlaməti olaraq qırmızı qərənfillərlə bəzədilib. Artıq bu gündən minlərlə insan xiyabana axın etməyə başlayıb.

Sabah ümümxalq hüzn gündür. 20 yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb və ziyarətçiləri qəbul etməyə tam hazırdır. Hər il olduğu kimi bu ildə faciə rəmzi olan qərənfillərdən Şəhidlər xiyabanına girişdə xalça kompozisiyası hazırlanıb.

Bu boynu bükük qırmızı qərənfillər düz 29 ildir ki, hər il Şəhidlər xiyabanını bəzəyir. Xiyabanın girişindən başlayaraq şəhidlərin məzarlarına qədər qərənfillər düzülüb. Xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz güşəli ulduzlar vurulub.

Əraziyə güllərdən xalça döşənib. Pilləkənlərdə ağ və qırmızı qərənfillərlə "20 Yanvar" sözü yazılıb. Anım gününə 1 gün qalsa da, uşaqdan böyüyə xeyli insan şəhidləri ziyarət edir.

İnsanlar azadlıq carçılarını ziyarət etməyi vətəndaşlıq borcu hesab edirlər.

Şəhidlərin uyuduğu bu məkanı ziyarət edənlər arasında qanlı faciənin şahidləri də var .

Ziyarətə gələnlər arasında şəhid ailələri də var. Onlar faciənin üzərindən 29 il ötməsinə baxmayaraq, 20 yanvar gününü eyni ağrıyla xatırlayırlar.

Sabah səhər saat 8-dən başlayaraq 20 Yanvar faciəsinin 29-ci ildönümü münasibətilə xiyaban ziyarətçiləri qəbul edəcək.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU