Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

16:57  |    19 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Qaziler.az bildirir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

SHXÇDX rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunub, respublikamızın müstəqilliyi və suverenliyinin simvoluna çevrilib. Çünki həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirib.

Tədbirdə vurğulanıb ki, 20 Yanvar faciəsindən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından sərt bəyanat verərək Sovet İttifaqının rəhbərliyini cinayətdə ittiham edib. Məhz Ulu Öndər Heydər Əliyevin ölkəmizin siyasi rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanıb. Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət və qayğı göstərilir.

Yazıçı-publisist, əməkdar jurnalist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb. Diqqətə çatdırıb ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalqa qarşı sovet hərbi qoşununun yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb olub. O, 1990-cı ilin yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləyib.

Daha sonra “Qanla yazılan tarix” adlı sənədli film nümayiş etdirilib.
SHXÇDX-də 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi hazırlanıb.
Həmçinin Xidmətin yerli idarə, şöbə və bölmələrində də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU