Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Vasif Talıbov və Qarabağ qaziləri tərəfindən həkimlərə fəxri diplomlar təqdim olundu - FOTOLAR

12:45  |    19 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov, “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim kollektivini fəxri diplomlarla təltif edibdir.

QAZİLER.AZ saytı xəbər verir ki, V.Talıbovun imzaladığı fəxri diplomu Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadova təqdim edib.

Xatırladaq ki, son 10 ildə Respublika Klinik Xəstəxanasının təşəbbüsü ilə hər il, ildə iki dəfə (yanvar - dekabr ayında) 28-30 nəfərlik həkim heyəti Naxçıvan Muxtar Respublikasına ezam edilir. Hər dəfə xəstəxananın həkimləri Naxçıvanda 180-200 nəfəri əməliyyat edir, 3-4 min nəfər isə müayinə olunur.

Sonra “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin fəxri diplomları Qarabağ əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına göstərdiyi xidmətlərə görə fərqlənən bir qrup həkimə təqdim edilib.

Xəstəxananın baş həkim Telman İbadova və şöbə müdiri Aynur Hümbətovaya isə “Qarabağ qaziləri” ictimai birliyinin fəxri üzvlük vəsiqəsi təqdim edilib.

“Qarabağ qaziləri” birliyinin sədri Asəf Əliyev, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov çıxış edərək həm müharibə dövründə, həm də indi həkimlərin xidmətlərini yüksək qiymətləndiriblər.

Başda T.İbadov olmaqla təltif olunan həkimlər çıxış edərək göstərdikləri xidməti vəzifə borcları hesab etdiklərini, Şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına diqqət və qayğı göstərmək hər kəsin borcu olduğunu vurğulayıblar. Onlar xidmətlərinə verilən qiymətə görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbova və hər iki təşkilat rəhbərinə təşəkkürlərini bildiriblər.

Tədbirdə “Vətən Müharibəsi Əlilləri” birliyinin sədr müavini, Qarabağ qazisi Rüstəm Dursunov, “Qarabağ qaziləri” birliyinin nəzarət təftiş komitəsinin üzvü, Qarabağ qazisi Rafiq Kərimov da iştirak ediblər.

QAZİLER.AZ
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
8 minədək uşaq sosial xidmətlərlə təmin olunur
18.09.2019
Mərdəkan Müalicə Pansionatında təmir işləri ilin sonuna qədər yekunlaşacaq
16.09.2019
10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
16.09.2019
Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... (ARAŞDIRMA)
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”