Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib

17:30  |    18 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Dövlət Komitəsinin sədri İmişli, Biləsuvar, Saatlı, Sabirabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 18-də İmişli rayonunda vətəndaşları qəbul edib.

Qaziler.az bildirir ki, qəbulda İmişli, Biləsuvar, Saatlı, Sabirabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar iştirak ediblər. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə xatırladılıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür, onlar üçün hər cür infrastrukturu olan yaşayış komplekslərinin inşası davam etdirilir. Bu il Beyləqan, Şirvan və digər yerlərdə belə yeni qəsəbələr istifadəyə veriləcəkdir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə, ilk növbədə, yeni evlərə və mənzillərə hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələr köçürülür. Köçürülmə prosesinin ədalətli və şəffaf şəkildə aparılmasına ölkə rəhbərliyi tərəfindən ciddi nəzarət təmin olunur.

Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.
Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib