Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6565

Digər sorğular

"Tələbə Taqımı" kitabının təqdimatı keçirilib - FOTOLAR

21:40  |    15 Yanvar 2019  |   E-mail  |  Çapa göndər

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı Etibar Muradxanlının “Tələbə taqımı” romanının təqdimat mərasimi keçirilib.

Mərasimdə yazıçılar İlqar Fəhmi, Elçin İsgəndərzadə, filologiya elmləri doktoru, professor Elman Quliyev, şairlər Qulu Ağsəs, Balayar Sadiq, Fərqanə Mehdiyeva, Həyat Şəmi, filologiya elmləri doktoru, professor, tənqidçi Vaqif Yusifli, tənqidçi Əsəd Cahangir, müəllifin dostları və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İlqar Fəhmi bildirib ki, “Tələbə taqımı” romanının hamımız üçün ağrılı olan bir məsələdən – Qarabağ hadisələrindən bəhs etməsi əsəri daha da əhəmiyyətli edir. O, bu mövzulu əsərlərin tez-tez yazılmasının çox vacib olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış üçün söz alan Əsəd Cahangir vətənpərvərlikdən bəhs edən bir romanın təqdimatında himni dinləməyin mühüm olduğunu deyib və “Natəvan” klubunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Himndən sonra Əsəd Cahangir romanın bədii keyfiyyətlərindən danışıb.

Əsərin müəllifi Etibar Muradxanlı çıxışında mərasimə gələn hər kəsə təşəkkür edib və qeyd edib ki, əsərinin qəhrəmanları olan keçmiş döyüşçülər hazırda dairəvi masa arxasında əyləşiblər. Daha sonra o, həmin şəxsləri təqdim edib.

Əsəd Cahangir yenidən söz alaraq vurğulayıb ki, AYB tarixində misli görünməmiş bir mərasimə şahidlik edir:

“Mən ilk dəfədir belə tədbir görürəm. Müəllif öz əsərinin qəhrəmanları ilə birlikdə eyni masa arxasında əyləşib. Bu, unikal bir təqdimat mərasimidir”.

Tanınmış tənqidçi Vaqif Yusifli “Tələbə taqımı” romanındakı müsbət məqamlara diqqət çəkməklə yanaşı, tənqidi fikirlərini də deyib.

Yazıçı, şair Elçin İsgəndərzadə isə Qarabağ, Şuşa ağrısından danışıb və sözügedən əsərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Mərasim digər iştirakçıların çıxışları ilə davam edib.

Yazıçı Etibar Muradxanlının “Tələbə taqımı” kitabına könüllü olaraq Qarabağ cəbhəsinə yollanan tələbə gənclərin qəhrəmanlığından bəhs edən eyni adlı romanı, arxa cəbhə adamlarının mənəvi rəşadətindən danışan “Fəridə nənəgilin pəncələri” povesti, hüquq-mühafizə orqanları işçiləri və sərhədçilərin şərəfli, çətin işindən söz açan hekayələri daxildir. Yüksək humanizm və dərin həyatsevərliklə aşılanmış bu əsərlər oxucunu vətəni sevməyə, qanunun aliliyinə hörmət etməyə, hallallığa səsləyir. “Siz mühasirədəsiniz, leytenant” kitabından sonra bu, yazıçının oxucularla ikinci görüşüdür.

Teleqraf.com














Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2019
“Anar da istefa ərizəsi yazmalıdır” - Gənc yazıçılardan AYB sədrinə çağırış
23.10.2019
Anar: "Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir”
21.10.2019
Türkiyədə yazıçı Sabir Şahtaxtının “Azadlıq türküsü” romanının imza günü keçirilib
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Özbək dilində Daşkənddə çapdan çıxıb
07.10.2019
Əllərindən almasalar, ermənilər yazıçımızın övladlarını Bakıda öldürəcəkdilər