Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Nazirdən ciddi kadr dəyişikliyi: İri şəhərlərə təyinat

17:32  |    16 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Daxili İşlər Nazirliyi sistemində ciddi kadr dəyişikliyi baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə şəhər və rayonda polis rəisləri vəzifələrindən azad olunaraq digər rayonlara təyinat alıblar.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polkovnik Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Polis İdarəsinə rəis təyin olunub. Onun yerinə Sumqayıta Nərimanov Polis İdarəsinin rəisi Nəriman İmanov gətirilib.

Gəncənin rəisi Faiq Şabanovun təyinatı ilə bağlı isə hələlik məlumat yoxdur.

Yevlax rayon polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Polis İdarəsinə təyinat alıb.

Məlumatlara görə, paytaxtın digər polis idarələrinin bir neçə rəisinin də yeri dəyişdirilib. Yeni təyinatların bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl də paytaxtın dörd rayonun rəisinin işdən çıxarılmasına dair xəbər yayılmış, lakin sonradan öz təsdiqini tapmamışdı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU