Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6595

Digər sorğular

İfrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Qərargah yaradılıb

21:16  |    15 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

ETSN-dən Trend-ə verilən məlumata görə, nazirliyin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.

Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə məlumatlar canlı və yazılı veriləcək.

Təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargah üzvlərinə müraciət oluna bilər.

Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
• Qərargah (012) 538 04 81
• Rəşad Allahverdiyev (012) 538 54 54
• İradə İbrahimova (050) 300 92 29
• Tural Məmmədov (012) 538 85 13

Milli Hidrometeorologiya Departamenti
• Qərargah (012) 441 11 75
• Umayra Tağıyeva (050) 225 32 42
• Asif Verdiyev (050) 394 12 23
• Gülşad Məmmədova (050) 550 28 36
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi
07.12.2019
“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA
07.12.2019
Əlilliyi olan şəxslərin iştirakı ilə “Solğun sevgilər” tamaşasının premyerası olub - FOTOLAR
07.12.2019
Ümid Partiyası parlament seçkilərinə gedir
07.12.2019
Şahin Mustafayevə yeni vəzifə verilib