Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

AZTV-nin yeni rəhbəri kimdir? - İdman şərhçisi, müəllim...

18:35  |    15 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib.

Qaziler.az qafqazinfo-ya istinadən bu məqamda Alışanovun vəzifəsini icra etdiyi bildirilən gənc kadr Rövşən Məmmədovla bağlı bəzi məlumatları təqdim edir.

1979-cu ildə doğulan Rövşən Məmmədov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.

O, bir neçə il əvvəl tanınmış teleaparıcı İbrahim Məmmədovun yerinə keçməklə gündəmə gəlmişdi. Belə ki, Arif Alışanovun müavini olan İ. Məmmədovun aparıcısı olduğu "Günün nəbzi" və "Həftə" analitik verilişlər Rövşən Məmmədova həvalə edilmişdi. Bu təyinat mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. İllərdir davam edən analitik proqramların gənc kadra etibar edilməsi birmənalı qarşılanmamışdı.

Rövşən Məmmədov AZTV-dən əvvəl "ANS TV”, "Lider TV” və "İdman-Azərbaycan” telekanallarında çalışıb. O, Bakı Slavyan Universitetində müəllim olaraq da fəaliyyət göstərib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.01.2020
Tanınmış teleaparıcı ailə qurdu
23.01.2020
“Azəriqaz” rəhbərliyi şimal bölgəsində vətəndaşları qəbul edəcək
23.01.2020
Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
23.01.2020
“26 il idi ki, qəbrini axtarırdıq” - Kimliyi bilinən şəhidin qardaşı
23.01.2020
Azərbaycanda qəndə ağardıcı maddə qatan xarici vətəndaş ifşa olunub