Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

“Nənəmi azərbaycanlı ölümdən xilas edib” - Naxçıvanla sərhəddə yaşayan erməni

12:41  |    13 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Ermənistanda, Azərbaycanla həmsərhəd yaşayış məntəqələrində ermənilər on illərdir ünsiyyətdə olmadıqları qonşuları ilə münasibətlər barədə nə düşünür? Onların sülh və müharibə haqda fikirləri necədir?

Epress.am saytı Ermənistanın Naxçıvanla həmsərhəd kəndlərində yaşayan sakinlərlə sosioloji araşdırmalar mərkəzlərindən biri tərəfindən aparılmış söhbətin mətnini dərc edib.

Söhbətdən məlum olur ki, rəyi soruşulan ermənilərin əksəriyyəti azərbaycanlılarla mehriban qonşuluq münasibətlərinin yenidən bərpa olunmasını arzu edirlər.

Məsələn, 35 yaşlı qadının dedikləri: “Onlarla söhbət etmək maraqlı olardı. Görəsən nə düşünürlər, məncə “yuxarılar”la bağlı problem olmasa heç nə baş verməzdi, axı onlar da adi insanlardır...Hansı valideyin istərdi ki, istər erməni olsun, istər azərbaycanlı, onun övladı müharibədə ölsün. Belə şey ola bilməz. Gənclərin ölümünü istəməkdən qeyri-insani heç nə ola bilməz. Əminəm ki, onlar da sülhə can atır. Onlar da sakit yaşamaq istərdi. Həyatdan həzz almaq lazımdır, müharibə eləmək yox...”

Yetkinlik yaşına çatmamış oğlan isə deyir ki, yaşlılar ona bir vaxtlar Naxçıvanla sərhəddə azərbaycan kəndləri ilə alış-veriş olduğunu danışıblar: “Hətta bizim evimizə türklər (azərbaycanlılar –red.) gəliblər, gecəni qalıblar. Bir dəfə türk mənim nənəmi ölümdən xilas edib: o dağda pencər yığarkən yıxılıb, türk isə onu xilas edib”.

Yaşı 50-dən yuxarı olan qadın isə belə deyir: “Biz illərlə onlarla yan-yana yaşamışıq. Konkret olaraq bu ev türkün evidir. Onlarla yola gedirdik, yaşayırdıq. Ola bilsin indi bu yaxşı səslənmir, deyəcəklər ki, satqınsan, onları tərifləyirsən. Amma nə var onu demək lazımdır. Mənim valideyinlərim Gorusdan gəliblər, məktəbdən gələndə qonşumuz türk məni evə çağırırdı, qonaq edirdi. Bu türk tərəfdən insani münasibət idi”.

“O vaxt ermənilər və türklər qardaş idi. Onlar nəsə almağa əsasən bizim kəndə gəlirdilər. Buradan ət alıb aparırdılar. Özləri tərəvəz satırdılar. Və satmağa Cermuka da gedirdilər, Yerevana da. Bizim kənddən keçib gedirdilər, çünki yol qısa idi”-bunları isə 35-40 yaşlarında qadın deyir.

50 yaşlarında kişi isə deyir ki, o sərhədin qarşı tərəfindəki özü kimi sadə adamları heç vaxt günahlandıra bilməz. Çünki elə hal olub ki, onlara 10 metrə qədər yaxınlaşıb, hətta silahlı olublar, amma heç nə baş verməyib. “Mənim kimi o da torpaqla məşğuldur, heyvan saxlayır. Məsələni bizim hökumət nizamlamalıdır, mənim Əhmədlə, Məmmədlə nə işim var? Heç bir. Mən sülh istəyirəm. 200-300 metr o yana getsəniz görərsiniz ki, bizimkilər onların postlarının lap yaxınlığında dayanıb, silahlı əsgərin burnunun ucunda işləyir. Amma heç nə baş vermir”. (Virtualaz.org)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.11.2019
Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21.11.2019
Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
21.11.2019
"Ata Abdullayevi ora göndərənlər Azərbaycanın nüfuzuna böyük zərbə vurdular"