Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6365

Digər sorğular

Hacı Qalib dəbdəbəli imarətinin gülləkeçirməz şüşələrindən danışdı

21:36  |    12 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Keçmiş deputat “...blef etmişəm” deyir; “...Desəm elə bir jiletim var ki, düyməni basan kimi səmayə qalxıb ətrafı izləmək olar..”

Sabiq deputat Hacı Qalib Salahzadə Bilgəhdəki dəbdəbəli imarətinin şüşələrinin gülləkeçirməz olmasından danışıb. Hacı Qalibin imarətinə gülləkeçirməz şüşə qoydurması xəbərini “Yeni Müsavat”a onunla mülk çəkişməsində olan Seymur Quliyev demişdi.

Bildirmişdi ki, bu məlumatı Qalib Salahzadə özü verib. Sabiq deputatla Seymur Quliyevin qardaşı Ələkbər Quliyev istintaqı idarəsində üzləşdirilməzdən əvvəl belə bir söhbət olub. Seymur Quliyevin dediyindən sitat: “Hacı Qalib istintaqda özünü elə aparır ki, guya günahsızdır. Qardaşım Ələkbər Quliyevlə üzləşdiriləndə danışır ki, Bilgəhdəki 7 mərtəbəli imarətinə 3-4 milyon avroya güllə keçirməz pəncərə alıb. Almaniyadan mütəxəssislər dəvət edib və həmin pəncərələrin montaj işlərini görüblər. Bu adam kimdir ki, evinə gülləkeçirməz pəncərə qoydurur? Qardaşım da ona deyib ki, ondansa get, zəbt elədiyin kənd yolunu aç, bizə vurduğun ziyanı ödə. Bizim əmlakımıza 2012-ci ilin martında audit şirkəti 2 milyon yarım manat ancaq tikili kompleksinə qiymət qoymuşdu. Orada bizim 20 sot torpağımızın üzərində 2 mülkdən başqa hovuz, su quyusu, çoxlu ağaclarımız, yardımçı tikililərimiz vardı”.

Hacı Qalib olke.az-a açıqlamasında isə evinin şüşələrinin zirehli olması haqda danışarkən “blef” etdiyini boynuna alıb: “Əslində mənim evim zirehli deyil. Sadəcə olaraq məclislərdən birində bir adamı yoxlamaq üçün evimin şüşələrinin gülləkeçirməz olması barədə fikir söyləmişəm. Yəni bunu söyləməklə həmin adamın düzgünlüyünü yoxlamaq istəyirdim. Ona görə də belə bir blef etmişəm. Amma az keçmədən həmin adam barəsində təxminlərim özünü doğrultdu. Mənə deyirdilər ki, o adam yaxşı insan deyil, amma mən tərəddüd edirdim. Sonra əmin oldum ki, doğrudan da yaxşı adam deyilmiş”.

Hacı Qalib deyib ki, evində heç bir zirehli materialdan istifadə olunmayıb: “Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun? Bilirsiniz, mənim camaat arasında nüfuzum kifayət qədər yaxşı olduğu üçün insanlar mənə inanırlar. Əksəriyyət mənə hörmətdən inanır, amma onların arasında paxıllıq edənlər də var. İnanın ki, sabah desəm Hacı Qalibin elə bir jileti var ki, düyməni basan kimi səmaya qalxıb ətrafı izləmək olar, insanlar inanacaqlar. Amma Hacı Qalib hamı kimi sadə həyat tərzi sürür, evi, qapısı hər zaman dostlara açıqdır”.

Hacı Qalibin sadə həyat tərzi haqda təsəvvürləri də olduqca mübahisəlidir. Bilgəh qəsəbəsi istiqamətinə ətraf kəndlərdən tamaşa edəndə 2, maksimum 3 mərtəbəli evlərin arasında nəhəng bir tikili diqqət çəkir. Bu tikili 7 mərtəbədən ibarətdir, Hindistan maharacalarının saraylarını xatırladır. Həmin imarətdə sadə həyat tərzi sürdüyünü deyən Qalib Salahzadə yaşayır. Evin ümumilikdə 9 mərtəbəli olduğu, 2 mərtəbəsinin yerin altında inşa edildiyi haqda da məlumatlar var. Hacı Qalib sadə həyat tərzi sürürsə, həmin imarətin ətrafındakı cəmi 2 otaqlı evlərdə yaşayanların sosial vəziyyəti haqda hansı ifadə seçilməlidir?

Qeyd edək ki, Baş Prokurorluq Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün 2018-ci il oktyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb. Məktubda Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsi tələbi qoyulub. Yolun açılması ilə bağlı işlərin icra müddəti 1 ay olsa da, yol bu gün də bağlıdır. Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaş yoldan istifadə edə bilmirlər. Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 4 maddəsi ilə - 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma davam edir.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.06.2019
Bir sirli şəklin izi ilə: Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib FOTOFAKT
26.06.2019
Milli ordumuz necə yaranıb? - Generalın tarixi raportu
26.06.2019
Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü...
26.06.2019
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə olacaq
26.06.2019
Azərbaycanın hərbi gücü: Ona qibtə etməyə dəyər