Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6365

Digər sorğular

Mustafayev erməniləri təbrik etdi: Rostovda aksiya başlayır

09:14  |    12 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Rusiya Federasiyasının Rostov vilayətində yaşayan azərbaybaycanlılar Vaqif Mustafayev adlı şəxsin vilayətdəki azərbaycanlılar adından erməniləri Milad bayramı münasibətilə təbrik etməsinə görə etiraz bəyanatı yayıblar.

Rostovdakı azərbaycanlı təşkilatlarından Report-a daxil olan bəyanatda bildirilir ki, V.Mustafayev 20 ildir “Rusiya azərbaycacanlıları Mədəni Muxtariyyəti”nin Rostov üzrə sədridir və bu müddət ərzində cinayət aləmi ilə sıx təmas quraraq, azərbaycanlılara qarşı zərərli addımları ilə tanınıb:

“O, Rusiya hüquq-mühafizə orqanları tərəfindən bu əməllərinə görə həbs edilib və 7 il dustaq həyatı yaşayıb. Həbsdə olan zaman onu təşkilatında erməni millətinə mənsub olan həyat yoldaşı əvəz edib. Hazırda V.Mustafayev və yaxud onun təşkilatı ətrafında heç bir azərbaycanlı yoxdur. Mustafayev təşkilatına Moskvadakı mərkəzi ofislərindən ayrılan vəsaiti də mənimsədiyi üçün ciddi problemləri var. Ümumiyyətlə, onun fəaliyyəti əvvəldən buradakı azərbaycanlılara maneə törədir. Bununla onun azərbaycanlılar adından danışması heç bir məntiqə və həqiqətə sığmır. Eyni zamanda bildiririk ki, onun bu hərəkəti milli ruha sahib azərbaycanlılarda qəzəb yaradır, Dağlıq Qarabağda erməni silahlıları tərəfindən qətlə yetirilən azərbaycanlıların ruhuna qarşı isə ciddi hörmətsizlikdir. Onu da bildiririk ki, Rostov vilayətində azərbaycanlıların diaspor lideri uzun zamandır millətin xeyir-şərinə yardım olan, həmyerlilərimizin birliyində, azərbaycanlıların və rusların qardaşlıq tədbirlərində və Azərbaycan həqiqətlərinin təbliğində fəal olan Şakir Allahverdiyevdir”.

Bəyanatda o da bildirilir ki, 200-dən çox azərbaycanlı onun bu hərəkəti ilə bağlı etiraz aksiyasına toplaşacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.06.2019
Türkiyədə hərbi çevrilişə cəhddə təqsirləndirilən şəxslərə hökm oxunub
26.06.2019
Türkiyə aviazərbələr endirdi: hədəflər darmadağın edildi
25.06.2019
Tbilisidə mitinq bərpa edilib
25.06.2019
Köçəryan həbs edildi
25.06.2019
Rusiyada azərbaycanlı kütləvi davada öldürülüb - VİDEO