Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Qarabağ İcmasının yeni İdarə Heyəti məlum oldu: Üzvlər dəyişdi - SİYAHI

12:38  |    11 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Bir müddət öncə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinə yeni sədr və müavinlər seçildi.

Modern.az-ın da xəbər verdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev qurumun yeni sədri, Asif Cahangirovla, Elçin Əhmədovu isə sədr müavinləri oldular. Qurultaydan bbir aya yaxın vaxt ötməsinə baxmayaraq, İcmanın İdarə Heyətinin yeni üzvlərinin sihyahısı açıqlanmamışdı. Nəhayəıt buna da aydınlıq gətirildi.

Modern.az saytı “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin yeni üzvlərinin siyahısını əldə edib.

İcmanın hazırkı İdarə Heyətində 23 üzv təmsil olunur. Vəfat etmiş keçmiş üzvlər Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simalar seçilib.

Onlardan başqa Vaqif Fərzəliyev, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Cavid Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov da İdarə Heyətinə üzvlükdən azad ediliblər.

Modern.az “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətindəki yeni üzvlərin siyahısını təqdim edir:



Qasımova Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib.

20 dekabr 2018-ci il tarixində qurumun II Qurultayı keçirilib, yeni sədr, müavinlər və İdarə Heyərti seçilib.

İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub
15.06.2019
Ankara İrəvanı küncə sıxır: Türkiyədən Azərbaycana mühüm dəstək
15.06.2019
Cəbhədə erməni təxribatı davam edir
14.06.2019
Ermənilər ilk dəfədir qırıcımıza raket atır... – Polkovnik
14.06.2019
Qarabağda kövrək sülh şansı savaş risklərinə qarşı