Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6352

Digər sorğular

Gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşürlər - FOTO

18:39  |    10 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


Həqiqi hərbi xidmətə çağırış davam edir.

Qaziler.az bildirir ki, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyət orqanlarının, ictimaiyyətin, KİV-lərin və QHT-lərin nümayəndələrinin iştirakı gənc çağırışçılar arasında ruh yüksəkliyi ilə qarşılanır.

Bakının Xətai rayonunda çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xətai rayon idarəsinin rəisi, polkovnik Əqid Bayroyev Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun siyasi xəttini layiqincə davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev, gəncləri hərbi xidmətə yola salan ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmrlərini yerinə yetirmələrini tövsiyə edib, hərbi xidməti şərəflə bitirmələrini diləyiblər.

Tərtərdə keçirilən çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimində SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev sürətlə inkişaf edən ölkəmizin ordu quruculuğunda qazanılan uğurlarından, Azərbaycan əsgərinin mərdlik və şücaətindən söz açıb. Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və digər çıxış edənlər gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər. Hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyi arzulayıblar.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.06.2019
Pənah Hüseyn sosial şəbəkədən Surət Hüseynova od püskürdü: “... Qələr eləyir, başını...”
16.06.2019
Sabahın hava PROQNOZU
16.06.2019
Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ
16.06.2019
Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır - Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?
16.06.2019
IX sinif şagirdləri üçün buraxılış imtahanının II mərhələsi keçirilir