Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6440

Digər sorğular

Rusiya alman deputatın ölkəyə girişinə izn vermədi

15:15  |    26 May 2015  |   E-mail  |  Çapa göndər

Almaniyanın millət vəkili Karl-Georg Vellmannın Rusiyaya girişinə icazə verilməyib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili özü Almaniya mətbuatına bildirib. Onun sözlərinə görə, paytaxt Moskvanın Şeremetyevo beynəlxalq hava limanında polis onun ölkəyə girişinə icazə verməyib.

Xristian Demokrat Birlik Partiyasının (CDU) Federal Məclis üzvü 2019-cu ilədək Rusiyaya girişinə qadağa qoyulduğunu bildirib. O, Rusiyanın yüksək vəzifəli şəxslərinin dəvəti ilə Moskvaya getdiyini qeyd edib.

Moskvadakı hava limanında uzun müddət gözləmək məcburiyyətində qalan və sonra Almaniyaya dönən millət vəkili Rusiya tərəfinin onun adını qara siyahıya saldığını iddia edir. Onun fikrincə, Federal Məclisdə Almaniya-Ukrayna parlamentlərarası Dostluq Qrupunun başçısı olduğundan Moskva onun adını qara sıyahıya salıb.

Hadisədən sonra Almaniyanın Moskvadakı səfiri Rüdiger Freiherr von Fritş Rusiya Xarici İşlər Nazirliyinə gedərək etirazını bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.08.2019
İsrail səhvən öz təyyarəsini vurdu
22.08.2019
Putindən əməliyyat əmri: Ankara itirilir?
22.08.2019
Petrosyandan həmlə: rusofoblar Ermənistan XİN-i ələ keçirir
22.08.2019
ABŞ Qafqaza girir: Kremlin cavabı... - Ekspert
22.08.2019
Moskvada anti-erməni kampaniyası